Deloitte: "Satıcıların %85-i beş ilə rəqəmsal ödənişlərin hər yerdə əlçatan olacağını təxmin edir".

"Böyük Dörtlük" dünyanın ən böyük konsaltinq şəbəkəsi - Deloitte tərəfindən aparılan sorğu göstərir ki, ABŞ-ın müxtəlif pərakəndə satış təşkilatlarının rəhbərlərinin təxminən 85%-i növbəti beş il ərzində sənayelərində rəqəmsal valyuta ödənişlərinin “hər yerdə” olacağını gözləyir.

"American Express"dən kripto mükafatlı kart

“American Express” kriptovalyutaların idarə edilməsi və pul kisəsi platforması “Abra” ilə yeni əməkdaşlıq vasitəsilə “Amex” şəbəkəsində “Abra” Kripto Kartının istifadəyə verildiyini elan etdi.

Kart sahibləri ABŞ dolları ilə edilən alış-verişə görə Amex şəbəkəsi vasitəsilə kriptovalyuta mükafatları qazanacaqlar

"Mastercard" sahipləri birbaşa NFT ala biləcək.

Beynəlxalq ödəniş nəhəngi “Mastercard” aparıcı NFT alqı-satqı platformaları ilə etdiyi yeni razılaşmalardan sonra 2.9 Milyard kart sahibinə birbaşa NFT alışları etmə imkanı verəcək.

Kripto valyutalar "PayPal" istifadəçiləri üçün əlçatan oldu.

PayPal indi kriptovalyuta sahiblərinə rəqəmsal aktivlərini platformasından digər pul kisələrinə və birjalara köçürməyə imkanı verir. Bu, “fintech” nəhənginin 2020-ci ilin oktyabrında təqdim etdiyi kriptovalyuta alqı-satqısı və saxlama xidmətinə gəlməyi gözlənən və ən çox tələb olunan xüsusiyyət idi.

 

 

"Alibaba Cloud", NFT alqı-satqı platforması açır?

Çin nəhəngi “Alibaba Group Holdings”in bulud biznes bölməsi yeni NFT həllini işə saldı və sonradan bununla əlaqəli bütün məqalələri onlayn mediadan sildi.

Sosial mediada “Alibaba”nın bu bu xidmətini təqdimat tarixində bir qarışıqlıq olduğu və ya “Salesforce”un “NFT Cloud”dan qorxduğu müzakirə edildi.

"Salesforce"dan NFT platformu: "NFT Cloud".

Amerika bulud CRM şirkətinin bəyanatına görə, brend müştərilərinin "təzyiqləri" ilə NFT platformasını yaradıb. Yeni platforma NFT istehsalını, ticarət biznesini sadələşdirməyi planlaşdırır.

Qatar Airways: "Metaverse insanları gücləndirəcək."

“Qatar Airways” çərşənbə axşamı elan edib ki, “QVerse” adlı ilk metaverse təcrübəsini işə salıb. “QVerse”nin gələcək planları arasında NFT-ləri daxil etməyi və fiziki uçuşlar üçün metaverse bilet alışını təmin etmək var.

Barbie-verse: Mattel NFT alqı-satqı platforması "Cryptoys" ilə çoxillik müqavilə imzalayır

Böyük oyuncaq markası Mattel metaversedə NFT kimi satılan oynana bilən avatarlar yaratmaq üçün Barbie və Hot Wheels kimi markaların daxil olduğu əqli mülkiyyətindən istifadə etməyi planlaşdırır.

Hyundai Card ilk NFT xidmətini təqdim etməyə hazırlaşır

“Hyundai Motor Group”-un kredit kartı olan “Hyundai Card” bu ilin ikinci yarısında NFT bazarını işə salmaq üçün Cənubi Koreyanın texnologiya startapı “Like Lion” ilə birgə müəssisə qurduğunu açıqladı.

"Metaverse" sözünün müəllifi öz "Meta" dünyasını qurur.

30 il əvvəl “Metaverse” ifadəsini işlədən müəllif Neal Stephenson, “LAMINA1” adlı metaverse fokuslu blokçeyn layihəsini işə salır.

DAO” (Mərkəzləşdirilməmiş muxtar təşkilat)ların sayı 8 qat arttı

“Snapshot Labs” tərəfindən tərtib edilən və mühəndis Emre Çalışkan tərəfindən cümə axşamı paylaşılan  tvitdə DAO-ların sayının 8,8 dəfə artdığı, 2021-ci ilin may ayında sayı 700 olan bu təşkilatların indi 6,000-ə çatdığı vurğulanıb. Son 12 ayda təkliflərin sayı 8,5 dəfə, ümumi səslərin sayı isə 8,3 dəfə artaraq 448 mindən 3,7 milyona yüksəlib.

Posted 
Jun 13, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All