S

üni intellektlər yeni kəşf olunmayıb, lakin “OpenAI”nin yaratdığı “ChatGPT”nin ani populyarlığı inkişaf etməkdə olan bu sahələrdə “Microsoft”u “Google”a qarşı qoydu.

“Microsoft”un "milyardlarla dollarlıq" ortaqlığının bir hissəsi kimi “OpenAI” texnologiyası ilə təchiz edilmiş yeni “Bing” çatbotu hələ də məlum nasazlıqlarla işləyir. (“Bing”in süni intellekt çatbotu artıq onu sınaqdan keçirən istifadəçilərə qəribə cavabları ilə ad çıxarıb).

Lakin axım o qədər güclüdür ki, “Microsoft”un icraçı direktoru Yusuf Mehdi bu həftə öz tvitində: “milyonlarla insan botu sınamaq üçün gözləmə siyahısındadır və o,artıq 169 ölkədə istifadə olunur” deyə bildirib.

The 'GPT Effect' Is About To Explode: You Can See AI Chatbots Everywhere

Bu arada “Google”, öz “Bard AI” çatbotunu təkmilləşdirib istifadəyə verməyə çalışır. Baş icraçı direktor Sundar Piçai işçiləri botu istifadəyə hazırlamaq üçün çalışmağa səsləyib.

Orlandoda yerləşən “Kore.ai” şirkətinin baş texnologiya direktoru Prasanna Arikala “bir müddət sonra süni intelleklə bu söhbətlər, onların onlayn alış-veriş, büdcələri idarə etmək və ya məşqləri izləmək kimi digər fəaliyyətləri yerinə yetirməsinə çevrilə bilər” deyə açıqlama verib.

“OpenAI” rəhbərliyinin etiraf etdiyi kimi, tək problem botların etibarlı məlumat təmin etdiyinə əmin olmaq olacaq. Arikala (“Kore.ai” şirkətinin baş texnologiya direktoru) “Insider”ə müsahibəsində "Bu, mütləq həyat tərzimizi dəyişdirəcək" deyə bildirib.

ChatGPT: how to use the AI chatbot everyone's talking about | Digital Trends

“ChatGPT” özü də digər süni intellekt modellərini öyrətməyə kömək edə bilər. Çikaqoda yerləşən “Kin + Carta”  konsaltinq firmasının vitse-prezidenti Seid Kamerin Törner, şirkətlərə bizneslərini inkişaf etdirmək üçün məlumatlardan səmərəli istifadə etməyi məsləhət görür. 

Törner, “ChatGPT”nin “data”nı çevirərək mütəşəkkil məlumatların istehsalına kömək edə biləcəyini və digər “Sİ” modellərini xüsusi sahələrdə istifadəyə yönləndirə biləcəyini söylədi. Məsələn, səhiyyə sahəsində araşdırmalara kömək etmək, kiberhücumlarla mübarizə aparmaq və s. üçün AI texnologiyası hazırlanır.

Əgər siz öhdəlik götürmədən, böyük miqyaslı məlumat almadan, aşağı xərclə təcrübə etmək istəyirsinizsə süni intellektdən istifadə sizə kömək edə bilər.

Üstəlik, bu xidmətlərə təkcə internet daxil deyil.Texniki ekspertlər “OpenAI”nin inkişaf edən süni intellektinin insanların qarşılıqlı əlaqədə olduğu digər qabaqcıl texnologiya növlərini də təkmilləşdirə biləcəyinə də ümid etdiklərini söylədilər. Bu, məsələn, robotlara ünsiyyət qurmağı öyrənməyə kömək edə bilər, deyə Yale Universitetinin köməkçi professoru, süni intellekt və robototexnika sahəsində tədqiqatlar aparan Teska Fitzgerald bildirib.

Fitzgerald bildirib ki, robotlara hərəkət etmək, ətrafında baş verənləri müəyyən etmək və naviqasiya xüsusiyyətləri öyrədilir və proqramlaşdırılır, bu komponentlərin hər biri xüsusi təcrübə tələb edir. “OpenAI”nin “GPT” texnologiyası robotların onları idarə edən insanlarla "danışmasına" kömək etmək üçün istifadə edilə bilər. "Biz robotlara problemli tapşırıqları yerinə yetirmək üçün necə daha asan addımlar atmağı izah etmək məqsədilə “GPT”dən istifadə edə bilərik".

Posted 
Feb 23, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All