martfon bazarında “Apple” və “Samsung” şirkətləri arasında gedən reklam rəqabətinə daha bir da əlavə olunub. “Android” ekosisteminin başında olan və bu yaxınlarda “Pixel Fold” modelini elan edən “Google” yeni tanıtım reklamlarında “iPhone 14 Pro” ilə məzələnib. Gəlin, #BestPhonesForever adlı bu reklamlarla tanış olaq.
İlk paylaşılan videoda "iPhone 14 Pro" və "Pixel 7 Pro"nu yan-yana görürük. Burada "iPhone 14 Pro" "Pixel" telefonlarının kamerasına və astrofotoqrafiya rejimi, 30x böyütmə və "Call Assist" kimi süni intellekt imkanlarına həsəd aparır. Bundan dərhal sonra 14 Pro-nun batareyası bitir və telefon "yerə sərilir".
Smartfonlarla səmanın, səma cisimlərinin çəkilişi xüsusilə populyarlaşıb. "Google"un məzə obyektinə çevirdiyi növbəti video məhz bu haqdadır. "Pixel 7 Pro" astrofotoqrafiya rejimində diqqəti səmadakı ulduzlara yönəltdiyi halda, "iPhone" rəqibi ilə ayaqlaşmaq üçün arxadakı işıqdan istifadə edir.
Başqa bir videoda "Google" "iPhone"larda Pixel-dəki kimi "VPN"nin olmadığını qeyd edir. iPhone ictimai yerlərdə "Wi-Fi" təhlükəsini vurğulayarkən, "Pixel 7 Pro"nun VPN istifadə etdiyini görürük.
Qısacası qeyd edək ki, 2 telefon arasında çəkilən bu reklamlar kifayət qədər maraqlı alınıb. Paylaşılan reklamlara hələ də "Apple"dan heç bir reaksiya gəlməyib. Ancaq "Apple"ın qatlana bilən "iPhone" üzərində işə başladığını xatırlatmaq yerinə düşər.