G
oogle istifadəçi məxfiliyininin pozulması səbəbiylə 5 milyard dollar təzminat ödəməyi qəbul edib.
BBC-nin məlumatına görə, Kaliforniya dairə məhkəməsi "Google"a qarşı istifadəçilərin məxfiliyini pozduğu iddiası ilə açılan iddiada barışıq əldə edildiyini açıqlayıb.
İş 2020-ci ildə Boies Schiller Flexner hüquq firması tərəfindən qaldırılıb və iddia edilib ki, Google kukiləri Chrome-da gizli rejimi işə saldıqdan sonra belə istifadəçilərin internetə baxış fəaliyyətini izləməyə davam edir. Digər tərəfdən, Google sözçüsü Jose Castaneda iddiaları rədd edərək, qanuni yollarla özlərini güclü şəkildə müdafiə edəcəklərini qeyd edib.
Qeyd edək ki, hakim Yvonne Gonzalez Rocers keçən il Google-un işin ləğvi ilə bağlı müraciətini rədd etmişdi.
Daha çox
Texnologiya
kateqoriyasından
View All