"

Google” sosial media kanallarında “Apple”a müraciət edib. Şirkət “Apple”ı “iMessage”da “Android” və “iPhone” istifadəçiləri arasında ayrıseçkilik etməməyə və müasir texnologiyalara keçməyə çağırıb.


“Android” və “Apple” istifadəçiləri arasında illərdir davam edən mübahisə hər 2 şirkət tərəfindən müxtəlif zamanlarda gündəmə gətirilirdi. Bu dəfə isə “Google” daha böyük və iddialı bir yol seçərək birbaşa bütün sosial media kanallarından “Apple”a çağırış edib. “Google”ın çağırışı “Android”dən “iPhone”lara göndərilən mesajların yaşıl və videoların bulanıq olması ilə bağlıdır. Şirkət öz paylaşımlarından birində “Apple”ı söz atəşinə tutub.


90-cı illərin texnologiyasından əl çəkin, müasir texnologiyaya keçin: “Google” həm sayt, həm də sosial media paylaşımlarında “Apple”ı hələ də SMS ve MMS texnologiyalarında ilişib qalması ilə günahlandırıb. Bu texnologiyanın 90-cı illərdə populyar olduğunu dilə gətirən şirkət “Apple”a müasir dövrün standartı “Rich Communication Services (RCS)” texnologiyasına keçməyi məsləhət görüb. Şirkət yeni texnologiyanın yalnız “iMessage”dakı mesajların rəng müxtəlifliyini yox, həm də çarpaz mesajlaşmadakı başdan sona şifrələmə (E2EE) və bir çox problemi aradan qaldıracağını bildirib.

“Android” və “Google”ın #GetTheMessage həştəqi ilə paylaşdığı sosial media postları aşağıdakı kimidir:

Görəsən, “Apple” bu paylaşımlara cavab verəcək? Çətin ki…

“Apple” və “Google” arasındakı “iMessage” mübahisəsi əslində uzun müddətdir davam edir. “Google” daha əvvəllər də açıq şəkildə “Apple”ı “iMessage”da “Android” və “Apple” telefonları arasında ayrıseçkilik etməkdə günahlandırmış və “Apple” istifadəçilərindən dəstək istəmişdi. Digər tərəfdən “Apple” yaxın zamanlarda “iMessage”ı dəyişdirməyi düşünmədiyini də bildirmişdi.

Şirkət 2021-ci ilin aprel ayında yalnız “Apple”a özəl və istifadəçilərini bir çətir altında birləşdirən “iMessage”ı “Android”ə gətirməyin şirkət olaraq özünə zərər verə biləcəyini paylaşmışdı. Bununla da “Apple” əslində “Android” istifadəçilərinə qarşı ayrıseçkilik etdiyini və özünü fərqli göstərməyə davam etdiyini göstərmişdi.

“Apple”ın ən böyük dəyərlərindən biri istifadəçilərini özəl hiss etdirməsidir. Məhz bu səbəbdən şirkətin bu mövzuda ən uğurlu olduğu “iMessage”ın tamamilə dəyişdirilməsi qeyri-mümkün görünür.

Posted 
Aug 11, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All