G

öbələk və bitki əsaslı materiallardan dəri əvəzləyici parça istehsal edən “Mycel” startapı 10 milyon ABŞ dolları məbləğində investisiya alıb. Cənubi Koreya mərkəzli şirkətin invesitiya turuna “Korea Development Bank”, “Industrial Bank of Korea”, “Hyundai Motor’s Zero 1 Fund”, “Stone Bridge”, “We Ventures” və “Spring Camp” qatılıb və şirkətin dəyəri 40 milyon ABŞ dollarına yüksəlib. Şirkət bildirib ki, bu investisiyanı yeni istehsal mərkəzi qurmaq üçün istifadə edəcək.

“Mycel” 2020-ci ildə “Hyundai Motor” şirkətinin köhnə əməkdaşları Sah, Sanqvan Kim və Yanqqan Park tərəfindən yaradılıb. Şirkət göbələklərin gövdəsində tapılan və bəyaz filamentli toxuma olaraq bilinən miselyum əsaslı süni dəri ləvazimatları istehsal edir. Bu maddə sellülozu parçalayaraq içindəki şəkər və proteini yenidən emal edir. “Mycel” gələn il istehsal etdiyi davamlı parçaların son istehsalına başlayaraq bazara təqdim etməyi planlamaqla yanaşı, Sinqapur bazarına da daxil olmağı hədəfləyir. Hal-hazırda şirkətin kosmetika markaları ilə görüşlərə başladığı bildirilib.


Yeni nəsil parça, yəni veqan dəri sektorunun dəyərinin 2026-cı ilə qədər təxminən 2,2 milyard ABŞ dollarına çatacağı təxmin edilir. Dünyaca məşhur moda dizaynerləri modanın davamlı olması üçün bu tip təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bildirirlər.

“Mycel” bu sahədə fəaliyyət göstərən və investorların diqqətini çəkən tək şirkət deyil. Ötən ilin yanvar ayında göbələk əsaslı dəri əvəzləyicisi istehsal edən ABŞ əsaslı startup “MycoWorks” 125 milyon ABŞ dolları məbləğində investisiya alıb. Şirkət 2021-ci ildə “Hermès” ilə ortaq olmuşdu. Daha bir şirkət “Bolt Threads” isə 2021-ci ilin sentyabrında 1,15 milyard dəyərləndirilmə ilə 253 milyon ABŞ dolları məbləğində investisiya aldığı xəbəri ilə gündəmə gəlmişdi.

Posted 
Aug 16, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All