“Ford Türkiyə”nin daha əvvəl rəqəmsal studiya formatı sayəsində müştərilərinə onlayn kataloq təqdim etdiyini bilirik. Prestijli şirkət təzəlikcə bu onlayn kataloqu metaversə daşımaq qərarına gəlib.

Şirkət “gələcəyi bu gündən yaşa” şüarı ilə avtomobil sənayesi sektorunda bir ilkə imza ataraq Ford Rəqəmsal Studiyasını metavers kainatına daşıyır.

Buraya onlayn şəkildə ziyarət edən şəxslər ilk mərtəbədə Avropanın ən güclü elektrikli ticarət maşını olan E-Transit ilə ikonik Ford Mustangdan ilhamlanan SUV Mustang Mach E-ni görə bilirlər. Maşınların üzərinə klikləyərək ətraflı məlumat ala bilər, yaxud yanlarında yerləşən QR kodu oxudaraq maşınların AR versiyasını tapa bilərlər.

Studiyanın ilk mərtəbəsində eyni zamanda müxtəlif konseptlərdə köşələr yer alır: “Ford performans köşəsi”, “Ford E köşəsi” və sairə. Studiyanın üst qatında isə tədbirlər üçün nəzərdə tutulan hissə mövcuddur.

Posted 
Jun 17, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All