"OpenAI" və "Apple" əməkdaşlığı Musk-ı qəzəbləndirdi!
Dünən baş tutan "Apple" WWDC developer tədbirində ChatGPT-nin inkişaf etdiricisi "OpenAI" ilə əməkdaşlıq haqqında danışıldı. "Apple" açıqlayıb ki, ChatGPT çatbotuna lazım olduqda Siri ilə daxil olmaq olar və ChatGPT ilə inteqrasiya ilin sonunda iOS 18, iPadOS 18 və macOS Sequoia-ya gələcək. Daha sonra Elon Musk öz "X" hesabında bu əməkdaşlıq ilə bağlı paylaşım etdi:
"OpenAI"ı əməliyyat sisteminə inteqrasiya etdikləri təqdirdə "Apple" cihazlarının şirkətlərində qadağan ediləcəyini ifadə edən Musk "Bu, qəbuledilməz bir təhlükəsizlik pozuntusudur" deyə qeyd edib. Elon Musk şirkətə gələnlərin "Apple" cihazlarını qapıda təhvil verməli olacağını ifadə edərək cihazların Faraday qəfəsində saxlanacağını qeyd edib.
ChatGPT-nin tərtibatçısı olan "OpenAI"ın Baş İcraçı Direktoru Sam Altman da sosial media hesabında "Mən bu ilin sonunda ChatGPT-ni cihazlarına inteqrasiya etməsi səbəbilə "Apple" ilə əməkdaşlıq etməkdən məmnunam. Düşünürəm ki, bunu bəyənəcəksiniz" deyə qeyd edib.