oogle yaranan vəziyyətə görə üzr istəyib!
"Gemini"nin şəkil yaratma funksiyasına qarşı irqçilik ittihamı irəli sürülüb. Şirkət bu hadisədən sonra sözügedən funksiyanı bir müddət söndürmək qərarına gəlib. Belə ki, "Gemini" obraz yaradarkən müxtəlif etnik və ya irqlərdən olan insanları seçdiyi üçün bir çox tənqidə məruz qalıb. Məsələn, süni intellekt alətinə "isveçli qadın şəkli yarat", "amerikalı qadın şəkli yarat" kimi əmrlər verildikdə fərqli etnik mənsubiyyətə malik şəxslərin görüntüləri ortaya çıxıb. Şirkət problemin həlli üçün çalışdıqlarını qeyd edib.
Fürsətdən istifadə edən Elon Musk isə "X"də etdiyi paylaşımlarda öz süni intellekt aləti "Grok"un daha dürüst və qərəzsiz işlədiyini vurğulayıb. Musk həmçinin "Gmail"ə alternativ olaraq "Xmail" tətbiqinin gələcəyini də qeyd edib.