eni Zelandiya və Filippindəki istifadəçilərdən ildə 1$ ödəniş etmələri tələb olunacaq. Bu yeniliyin məqsədi botlarla mübarizə aparmaq olub. Ödəniş etməyən istifadəçilər yalnız platformadakı yazıları oxuya biləcək.
Elon Musk bildirib ki, botlarla mübarizə aparmağın yeganə yolu simvolik olsa belə, pul almaqdır. Musk-ın fikrincə, kredit kartlarından istifadə yeni botlar yaradılmasının qarşısını alacaq. X-in yeni qərarı ilk olaraq Yeni Zelandiya və Filippində sınaqdan keçirilməyə başlandı. Bu yeni sistem yeni hesab açan istifadəçidən digər yazıları paylaşmaq və qarşılıqlı əlaqə yaratmaq üçün hər il 1 $ ödəməsini tələb edəcək.
Sadəcə gündəmi izləmək istəyən istifadəçilər ödəniş etməyəcək!
Pulsuz istifadəçilər post paylaşa, bəyənə və ya şərh yaza bilməyəcəklər. Onlar yalnız hesabları izləyə və yazıları oxuya biləcəklər. İllik 1 dollar ödəməyə razı olan istifadəçi bütün X istifadəçilərinə təqdim edilən xüsusiyyətlərdən yararlana biləcək.
X-in “Not A Bot” adlandırdığı proqram 2 mərhələdən ibarət olacaq. X-də yeni hesab açan istifadəçi əvvəlcə telefon nömrəsini daxil edəcək. Daha sonra o, kredit kartı məlumatlarını daxil edib 1 dollar ödəniş edəcək. X bu ölkələrdə bot hesablarının sayının necə dəyişməsi ilə bağlı məlumatları paylaşacağını da bildirib. Bu sistem uğurlu olarsa, bütün ölkələrdə tətbiq olunacaq.