oogle indiyə qədərki ən qabaqcıl süni intellekt modeli olan Gemini-ni təqdim etdi
Süni intellekt yarışında lider şirkətlərdən biri olan Google çoxdan gözlənilən Gemini modelini təqdim etdi. Gemini rəqibi GPT üçün yeni süni intellekt yarışına başlayacaq.
Google paylaşdığı bloq yazısı ilə Gemini-ni bizə tanıtdı. Model bir çox vacib funksiyaları yerinə yetirməyə qadirdir. CEO Sundar Pichai modelin "insanların dünyanı başa düşməsi və onunla ünsiyyət qurma tərzindən ilhamlandığını" deyir.
Gemini-nin 3 fərqli versiyası var: Nano, Pro və Ultra
Ən sadə versiya olan Gemini Nano-nun Android cihazlarında qurulması planlaşdırılır. Digər tərəfdən, bir az daha güclü Gemini Pro versiyası Bard çatbotu kimi bir çox Google xidmətlərini gücləndirəcək.
Məlumat mərkəzlərindəki korporativ tətbiqlərdə ən güclü olan Ultra-nı görəcəyik. Şirkət Ultra-nın ən tez 2024-cü ildə istifadəyə veriləcəyini bildirir.
Gemini 1.0 olaraq da adlandırılan model Google-un Deepmind süni intellekt departamenti ilə digər tədqiqat departamentləri arasında geniş əməkdaşlıq nəticəsində hazırlanıb. Model irəliyə doğru böyük bir addımdır və nəticədə bütün Google məhsullarına təsir edəcək.
Google multimodal süni intellekt modeli olan Gemini-nin mövcud modellərdən çox daha yaxşı başa düşə bildiyini bildirir. Süni intellektin ultra sersiyası çıxdıqda foto, video və audio ilə işləmək qabiliyyətinə sahib olacaq.
Kod yazmaqda çox yaxşı olacaq
Gemini kod yazmaqda çox bacarıqlı olacaqlar. Model AlphaCod 2 adlı kod generasiya sistemindən istifadə edir. Testlərdə rəqiblərindən 85% daha yaxşı nəticə göstərib. Onun yaxşı bildiyi dillərə Python, Java, C++ və Go daxildir.
Gemini ilə birlikdə Bard istifadəçini daha yaxşı başa düşə və daha yaxşı cavab verə biləcək. Şirkət bununla daha dəqiq və keyfiyyətli məlumat təqdim edəcəyini bildirir.
Gemini tərəfindən dəstəklənən Bard bu günə kimi 170 ölkədə mövcuddur. Şirkət dil modelinin hələlik yalnız ingilis dilində olduğunu açıqlayıb. Bununla belə, o əlavə edib ki, digər dillərə də dəstək tezliklə gələcək.
Ultra çıxanda Bardın yeni versiyasını da görəcəyik. Bu versiya Bard Advanced adlanacaq və daha təkmil süni intellekt xüsusiyyətləri təklif edəcək. Gemini Pro gələcəkdə süni intellekt tərəfindən dəstəklənən Google Axtarış (SGE) kimi digər xidmətlərə əlavə olunacaq.
Gemini Pixel telefonlarına da gəlir
Google həmçinin Gemini Nano-nun flaqman telefonu Pixel 8 Pro-ya gələcəyini açıqladı. Bundan əlavə, klaviaturadakı ağıllı cavab funksiyası da Gemini Nano dəstəyi alacaq. Bu funksiyalar dekabr ayında telefonlarda olacaq.