hatGPT-nin əvəz edə biləcəyi peşələr – Hüquqşünaslar, mühasiblər…
Texnologiyanın işimizi əlimizdən ala bilmə ehtimalı yeni xəbər deyil. Texnoloji alətlərin yarandığı ilk dövrlərdən etibarən iş yerlərində insanları robotların və kompüterlərin əvəzləyə biləcəyi məsələsi müzakirə edilir.
Süni intellekt bir sıra peşə sahiblərini qorxuya salır
Araşdırmalara əsasən, inkişaf etməkdə olan bu süni intellekt robotunun 300 milyondan çox insanı “işindən edə biləcəyi” hesablanır. Bəs ChatGPT ən birinci hansı peşələri “vuracaq”?
Kodlaşdırma və proqramlaşdırma
Hazırda ən populyar peşə olan kodlaşdırmanın yaxın zamanlarda ChatGPT və ona bənzər proqramlar tərəfindən əvəzlənəcəyi təxmin edilir. Yaxın gələcəkdə bu sahədə daha az insana ehtiyac duyulacağı düşünülür.
Jurnalistika
Bəli, yaxın zamanlarda ChatGPT reklamçıların, jurnalistlərin və pulu qələmdən çıxan bir çox insanın çörəyini əlindən ala bilər. Hətta bəzi yazıçıların yazı stilini belə təqlid edə bilən bu süni zəkanın çox yaxında bizim də çörəyimizə bais olacağı gözlənilir.
Hüquq
Vəkil bürolarında məhkəmə işlərini anlamaq, həmçinin hüquqi xülasə hazırlamaq üçün xeyli işçiyə ehtiyac duyulur. Hesablamalara görə, süni intellekt bu işlərin bir çoxunu saniyələr ərzində tamamlaya biləcək.
Analitiklər
Məlum olduğu kimi, süni intellekt məlumatları analiz edib, nəticələri təxmin etmə məsələsində olduqca uğurlu fəaliyət göstərir. Bu baxımdan analitiklər də bu gedişlə süni intellektdən öz nəsiblərini alacaqlar.
Qrafik dizaynerlər
Harvard Universitetinin cəmi 3 professorunun təkmilləşdirdiyi DALL-E-yə bənzər sistemlər qrafik dizayn sektorunu 180 dərəcə dəyişəcək. Bu baxımdan, sadəcə əsl yardıcı dizaynerlərin gələcəkdə öz işlərinin başında qala biləcəyi düşünülür.
Mühasiblər
Pullarımızın hansı miqdarda, hara, niyə, nə zaman və necə xərcləndiyini artıq süni intellekt analiz edəcək. Mühasib yoldaşlarımızın bir çoxunun işlərini itirmə təhlükəsi heç də uzaq deyil.
Müştəri xidmətləri
ChatGPT-nin bu qədər səlis və səhvsiz formada bizi anlayıb, cavab verə bildiyini nəzərə alsaq, 2027-ci ilə qədər şirkətlərin ¼-i robotlardan əsas kommunikasiya vasitəsi kimi istifadə edə biləcəyi əslində heç də təəccüblü gəlməməlidir.