S

ürətlə böyüyən şirkətlərə ödəmə təcrübələri və maliyyə xidmətlərini təkmilləşdirməyə imkan verən, Berlində yerləşən “Payrails” keçən il apardığı 6,4 milyon dollarlıq toxum sərmayəsinin davamı olaraq indi də 14,4 milyon dollar investisiya alıb. “Payrails” şirkətinin əsasını Orxan Abdullayev, Emre TalayNicolas Thouseau qoyub.

Komanda əvvəllər “Delivery Hero”nun fintek xidmətləri bölməsində birlikdə çalışıb və sürətlə hərəkət edən şirkətlərin bugünkü rəqəmsal ödənişlər mühitində qarşılaşa biləcəyi problemləri dəqiq bilirlər. “Payrails” bu problemləri aradan qaldırmaq və ödəniş mühitini sadələşdirmək üçündür. Bir sözlə, şirkət ödənişlər və maliyyə xidmətləri üçün bir növ əməliyyat sistemidir.

“Payrails” şirkətinin baş direktoru və həmtəsisçisi Orxan Abdullayev: “Şirkətlərin miqyası artdıqca ödəniş əməliyyatları da mürəkkəbləşir. Buna görə də yığılan ödənişləri təkmilləşdirməyə davam etmək və performansı yaxşılaşdırmaq üçün çoxsaylı prosessorlardan istifadə etmək kimi bir standart yaranır. Ödənişlərin optimallaşdırılmasının strateji əhəmiyyətini şirkətlər yaxşı anlayır və biz də onların ehtiyaclarına uyğun çevik həllər axtarışındayıq”.
Posted 
Jun 7, 2023
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All