“Boeing” şirkəti sərnişin təyyarələri ilə yanaşı kosmik gəmisi ilə də uğursuzluğa düçar oldu. Şirkətin kosmik gəmisi texniki nasazlıq səbəbindən Yerə qayıda bilmədiyi üçün Beynəlxalq Kosmik Stansiyada (ISS) qalan iki NASA astronavtı 2025-ci ildə "SpaceX" şirkətinin kosmik gəmisi vasitəsilə geri qayıda biləcək.
"Boeing"in "Starliner" kosmik gəmisində olan iki NASA astronavtının problem yaşadıqdan sonra gələn ilə qədər geri dönə bilməyəcəyi açıqlanıb.
"NASA"nın verdiyi açıqlamada "Starliner"də yaşanan problemlərin ilkin olaraq düşünüldüyündən daha ciddi ola biləcəyi və "SpaceX"ə aid kosmik gəmi ilə iki astronavtın dünyaya dönməsinin planlaşdırıldığı bildirilib.
İki astronavtın Yerə qayıtmasının 2025-ci ildə baş tutacağı gözlənilsə də, bu, ABŞ-nin aviasiya nəhəngi "Boeing"ə böyük zərbə oldu. Sərnişin təyyarələrində ard-arda yaşanan problemlər səbəbindən təhlükəsizliyi şübhə altına alınan və reaksiyaların hədəfinə çevrilən "Boeing" kosmosda da etibarını itirmiş oldu.