Həftəlik blokçeyn xəbərlələri bülleteninə xoş gəlmisiniz.

Bu bülletendə həftəlik olaraq müxtəlif platformalarda dərc olunan xəbərlər arasından vacib hesab etdiklərimi mümkün qədər qısa şəkildə paylaşmağa çalışıram.

(Xəbərlərlə daha ətraflı tanış olmaq üçün başlığa klik edə bilərsiniz)

Xoş mütaliyələr. Hörmətlə, Mert.

Elon Musk-ın "Boring Company"-si yeraltı maşın yolu "Las Vegas Loop"dan istifadə üçün ödəniş üsulu kimi "Dogecoin"i də qəbul edəcək

"CNN Business"in verdiyi məlumata görə, "Boring Company" cümə günü Las-Veqasda yeni yeraltı tranzit stansiyasını açıb və "Dogecoin"i "Las Vegas Loop" sistemindən istifadə üçün yeni ödəniş üsulu kimi təqdim edib.

Ərəb Əmirliyi sağlamlıq turizmini "metaverse"ə daşıyır

Səhiyyə xidməti olan "Thumbay" layihə üzərində işə başlayıb. Bu, xəstələrin avatarlardan istifadə edərək ziyarət edə biləcəyi tam funksional virtual xəstəxana olacaq. Onlar avatarlarından həmçinin həkimlərlə ünsiyyətdə olmaq üçün də istifadə edə biləcəklər.

"Reddit" yeni blokçeyn dəstəkli avatarlarını təqdim etdi.

Şirkət layihənin mərkəzləşdirilməmiş ticarət və üçüncü tərəf satışlar üçün "Polygon blockchain"dən istifadə etməyə hazır olduğunu söylədi.

Xorvat Web3 startapı "NFT " vasitəsilə ömürlük "Netflix" və "Spotify" abunəlikləri təklif edir

Web3 əsaslı abunə və bilet provayderi "Reuto" "NFT" istifadə edərək "Netflix" və "Spotify" üçün yeni abunə modelini elan etdi.

"Bored Ape" "NFT"lərində "indi ol sonra ödə" dönəmi başlayır.

"Teller"in yeni "NFT"ni indi al, sonra ödə (BNPL) məntiqi bəzi fərqlərlə "Affirm" və "Klarna" kimi startaplar tərəfindən irəli sürülən, onlayn pərakəndə satıcılar tərəfindən qəbul edilən xüsusiyyətləri ilə oxşarlıq təşkil edir.

Tellerin "Polygon" əsaslı platforması istifadəçilərə ilkin ödəniş etməyə və "mavi çip"li "Ethereum NFT"lərini almaq üçün kredit əldə etməyə imkan verəcək.

"Ethereum Name Service" domenləri 200% artıb

Yeni Zelandiyanın ENS tərtibatçısı Nik Conson tərəfindən yaradılmış "Google Analytics" tablosuna görə, Ethereum Ad Xidməti bir həftə ərzində 100.000-dən çox qeydə alıb.

ENS tablosunda 2 iyul 2022-ci il tarixindəki 11.042-dən 3 iyul 2022-ci ildə 29.727-yə qədər yeni qeydiyyatlarda möhtəşəm 200% artım göstərilir.

Bayram Payı: Web3 dəstəkləyən telefonların müqayisəsi (Solana, Poliqon, HTC)

Ötən həftənin əsas xəbərləri bunlar idi. Maraqlı yeniliklərlə gələn həftə yenidən görüşmək ümidi ilə.

Posted 
Jul 14, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All