Həftəlik blokçeyn xəbərlələri bülleteninə xoş gəlmisiniz.
Bu bülletendə həftəlik olaraq müxtəlif platformalarda dərc olunan xəbərlər arasından vacib hesab etdiklərimi mümkün qədər qısa şəkildə paylaşmağa çalışıram.
Xoş mütaliyələr. Hörmətlə, Mert.
Beynəlxalq Valyuta Fondu kriptovalyutaların maliyyə sabitliyi üçün təhlükə olmadığını iddia edir
Beynəlxalq Valyuta Fondu (BVF) kriptovalyuta bazarındakı enişin qlobal maliyyə sabitliyinə təhlükə yaratmadığını iddia edib.
“Meta”nın “metaverse”i ikinci rübdə 2,8 milyard dollar itirib
Şirkətin rüblük qazanc hesabatında Mark Zukerberq zərər edən seqmentin son olaraq trilyonlar dəyərində ola biləcəyini açıqlayıb. Bu, seqmentin bu günə qədər olan zərərinin 5,77 milyard dollar olduğunu göstərir.
“Santander Braziliya” kriptovalyuta ticarəti funksiyasını işə salacaq
“Santander Braziliya”nın baş direktoru Mario Leao cümə axşamı bildirib ki, İspaniyanın çoxmillətli bankı “Santander” (SAN) qarşıdakı aylarda Braziliyadakı müştərilərinə kriptovalyuta ticarəti təklif etməyi planlaşdırır.
“Miami TIME” “Mastercard" və "Salesforce” ilə 5000 "Ethereum" “NFT” hazırlayır
Mayami Bələdiyyə Başçısı Francis X. Suarez cümə axşamı günü bu il 5,000 Ethereum “NFT”ni satışa çıxarmağı planladığını açıqlayıb. Mayami bunu həyata keçirmək üçün “TIME” jurnalının naşiri “Time USA”, “Mastercard” və “Salesforce” ilə əməkdaşlıq edir.
“Chipotle” restoran şəbəkəsi 200 min dollar dəyərində kriptovalyuta lotoreyası keçirir
Restoranlar şəbəkəsi onlayn oyun vasitəsilə “Bitcoin”, “Ether”, “Solana”, “Avalanche” və “Dogecoin” paylayacaq.
“GameFi” sənayesi 6 ilə 2,8 milyard dollar dəyərlənəcək
“Absolute Reports”un son hesabatı növbəti altı il ərzində “GameFi” sənayesi üçün kütləvi artım proqnozlaşdırır.