Həftəlik blokçeyn xəbərlələri bülleteninə xoş gəlmisiniz.

Bu bülletendə həftəlik olaraq müxtəlif platformalarda dərc olunan xəbərlər arasından vacib hesab etdiklərimi mümkün qədər qısa şəkildə paylaşmağa çalışıram.

(Xəbərlərlə daha ətraflı tanış olmaq üçün başlığa klik edə bilərsiniz)

Xoş mütaliyələr. Hörmətlə, Mert.

“2030-cu ilə qədər kriptovalyuta 1 milyard istifadəçiyə çatacaq”.

“Boston Consulting Group”, “Bitget” və “Foresight Ventures” şirkətlərinin birgə hesabatına əsasən bu proqnoz ortaya qoyulub.

“Tesla” bitkoinlərinin 75%-ni satdı.

“Tesla” 2-ci rübün qazanc hesabatına görə, təxminən 936 milyon dollar dəyərində bitkoinlərinin 75%-ni satdı.

Şirkət bu satışın "Bitcoin dəyərsizləşməsinin" səbəbi olduğunu bildirib.

Argentinada bitkoin investorlarının dollar almasına məhdudiyyət qoyulub.

Yüksək inflyasiya ilə mübarizə aparan Argentina cümə axşamı ölkənin mərkəzi bankı son 90 gün ərzində Bitcoin və ya hər hansı digər rəqəmsal aktivi peso ilə alanların yeganə azad valyuta bazarına (Mercado Único y Libre de) Cambio—MULC) çıxışı olmayacağını bildirib. Dövlət məzənnə olaraq dolları almağı tövsiyə edib..

Kaliforniya siyasi kampaniyalara “Bitcoin” və digər kriptolarla ianənin qadağasına son qoyur.

Ədalətli Siyasi Təcrübə Komissiyası (FPPC) cümə axşamı qərarı ilə, Kaliforniya sakinləri “Bitcoin” kimi kriptovalyutalarda istənilən məbləği (Kaliforniya töhfəsi limitləri daxilində) ianə edə bilərlər.



“Crypto.com” “Google Pay” inteqrasiyasını işə salacaq.

Qlobal kriptovalyuta cüzdanı və mübadilə platforması “Crypto.com” “Android” istifadəçiləri üçün kriptovalyuta almaq üçün “Google Pay”i ödəniş seçimi kimi əlavə edir.

“BtcTurk” “COPA”da iştirak etdi.

“BtcTurk”un baş direktoru Özgür Güneri “Bitcoin”i, xüsusən də firmanın kriptovalyuta sahəsindəki texnologiyalarını qorumaq üçün “The Crypto Open Patent Alliance” (COPA)-ya qoşulduğunu açıqlayıb.

“Otherside Metaverse” demosu başladı.

“Yuga Labs”ın “Bored Ape Yacht Club” (BAYC) ilə əlaqəli “Otherside Metaverse” layihəsinin "ilk gəzinti" texnoloji nümayişinə təxminən 4500 nəfər qatıldı.

“LinkedIn” təsisçisi süni intellektlə hazırladığı şəkilləri “NFT” olaraq satır.

“LinkedIn” biznes şəbəkəsi platformasının həmtəsisçisi kimi tanınan milyarder texnoloji sahibkar Reid Hoffman “Magic Eden”də “OpenAI”nin “DALL-E 2” süni intellekt proqram təminatından istifadə etməklə yaradılmış şəkillər əsasında “Solana” əsaslı “NFT” seriyasını auksiona çıxaracaq.

“Animoca Brands” metaverse standartlarını inkişaf etdirmək üçün “DAO”nu işə saldı.

“Web3” şirkətlərinin ittifaqı “OMA3” (Web3 üçün Open Metaverse Alliance) adlı açıq və sərhədsiz “metaverse” yaratmaq üçün bir araya gəlib. Qrup deyir ki, o, istifadəçilərin məlumat azadlığını qorumaq da daxil olmaqla, “metaverse”nin əsas problemlərini həll etməyi hədəfləyir.

“Christie's” Web3 və “blockchain” investisiyaları üçün vençur fondu yaratdı.

Açıqlamada hərrac şirkəti “Christie's Ventures” fondunun “Web3”, "incəsənətlə əlaqəli maliyyə məhsulları və həlləri" və texnologiya ilə əlaqəli sənət və dəbdəbəli mallara maliyyə dəstəyi verəcəyini söylədi.

“Minecraft” “NFT”ləri qadağan edir, “Epic Games” isə bu fikirdə deyil.

“Microsoft”a məxsus video oyunu “Minecraft” çərşənbə axşamı oyununda “NFT”ləri qadağan etdi və bu beləcə “Web3”ə qoşulmacağını bildirdi.

Digər tərəfdənsə “Epic Games”in CEO-su Tim Sweeney, “Minecraft”ın qərarından sonra firmanın “NFT”ləri qadağan etməyəcəyini söylədi, çünki tərtibatçılar "oyunlarını necə quracaqlarına qərar verməkdə sərbəst olmalıdırlar".

Posted 
Jul 26, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All