Avropa ailələri kriptovalyutaları yığdıqları vəsaitlərini artırmaq üçün alət kimi bilirlər.
Kriptovalyuta ticarət platforması BitMEX üçün Kantar araşdırma firması tərəfindən aparılan sorğu 2022-ci ildə istehlakçılar arasında kriptovalyuta ilə bağlı tendensiyaları aşkar etməyə çalışıb. Tədqiqat qeyd edib ki, beş avropalı respondentdən üçü kriptovalyuta investisiyalarında 50% artım olduğunu bəyan edib.
Davos və G7 gündəmi: Kriptovalyutalar və blokçeyn.
Pandemiyadan sonra ilk dəfə görüşəcək Dünya İqtisadi Forumu liderləri Bitcoin üçün davamlılıq hədəflərini müzakirə edəcəklər.TerraUSD-nin 99% dəyər itirməsinin yaratdığı xaos və etibarsızlığa görə, G7 növbəti iclasında "kripto tənzimləmə qanunlarını" müzakirə edəcək.
SWIFT və Capgemini CBDC köçürmələri üçün sınaqlara başladı.
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Assosiasiyası və ya SWIFT - banklar tərəfindən beynəlxalq pul köçürmələri üçün istifadə edilən Belçika maliyyə mesajlaşma şəbəkəsi cümə axşamı günü elan edib ki, Fransanın IT şirkəti "Capgemini" ilə Mərkəzi Bank Rəqəmsal Valyutasını (CBDC) sınaqdan keçirmək üçün işlərə başlayıb.
"Meta"dan kripto ödəniş platforması üçün patent qeydiyyatı.
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan şirkət ABŞ Patent və Ticarət Nişanları İdarəsinə beş yeni ərizə təqdim edib.Ərizədə bu açarsözlər diqqəti çəkib: “Rəqəmsal valyuta, virtual valyuta, kriptovalyuta, rəqəmsal və blokçeyn aktivləri, rəqəmsallaşdırılmış aktivlər, NFT-lər, kriptovalyutaların ticarəti üçün maliyyə mübadiləsinin təmin edilməsi”.
"Aave"dan "Twitter"ə rəqib mərkəzləşdirilməmiş sosial şəbəkə.
Populyar DeFi (Decentralized Finance ) kredit protokolu "Aave", sosial media platformalarını gücləndirmək üçün NFT aktivlərindən istifadə edən mərkəzləşdirilməmiş sosial diaqram olan "Lens" Protokolunun ictimaiyyətə təqdim edildiyini elan etdi.
"Cloudflare" "Ethereum"da "node" işə salır.
İnternet Təhlükəsizliyi İnfrastruktur nəhəngi "Cloudflare" "Ethereum"u hamı üçün təhlükəsiz, sürətli və enerjiyə qənaət etməyə kömək edən əsas infrastrukturun tədqiqi və inkişafında iştirak edəcəyini bildirib.a16z metaverse oyunlar üçün 600 milyon dollarlıq bir fond yaratdı.Oyun dünyasına təsirini genişləndirmək istəyən vençur kapitalı firması Andreessen Horowitz (a16z) bu gün sənayeyə 600 milyon dollar sərmayə qoyacaq GAMES FUND ONE-nin istifadəyə verildiyini elan etdi.a16z deyir ki, oyunlar insanların gələcəkdə necə sosiallaşması, oynaması və işləməsində həlledici rol oynamağa davam edəcək və fond oyun studiyalarına, oyun və müştəri təcrübələrinə və infrastruktura sərmayə qoyacaq.
"Shopify" "Crypto.com" ilə kripto ödəmə imkanlarını genişləndirir.
"Shopify" (SHOP) e-ticarət platformasından istifadə edən satıcılar aprel ayında açıqlanan "Bitcoin Lightning Network" inteqrasiyası ilə "Coinbase Commerce" və "Bitpay" platformaları vasitəsilə kripto pul ödənişlərini qəbul etməyə başladılar. Bu yaxınlarda edilən yeni razılaşma ilə istifadəçilər artıq "Crypto.com" vasitəsilə də kriptovalyuta ödənişlərini edə biləcəklər.
"TAG Heuer" ABŞ-də kriptovalyuta ödənişlərini qəbul edəcək.
"Web3" tərəfdarı lüks moda evi "Gucci"nin ABŞ mağazalarında kripto ödənişlərini qəbul etməyə başladığı xəbərindən sonra bu həftə İsveçrənin lüks saat istehsalçısı "TAG Heuer" ABŞ-də kripto ödənişlərini qəbul etməyə başlayacağını açıqlayıb.
Getty Images NFT kolleksiyasını təqdim etməyə hazırlaşır.
Fond fotoqrafiya platforması "Getty Images" "Candy Digital" bazarında "Palm" blokçeynində ilk NFT-lərini təqdim etməyə hazırlaşır.Kolleksiya 465 milyondan çox təsvirdən, o cümlədən 135 analoq fotoşəkildən ibarət kolleksiyaya əsaslanaraq, heç vaxt görülməmiş arxiv işlərinin NFT-lərə çevrilməsinə diqqət yetirəcək.
Spotify musiqiçi profillərində NFT-ləri sınaqdan keçirir.
Spotify musiqi yayım platformasının musiqiçilərin profillərinə NFT qalereyaları əlavə etmək seçimini sınaqdan keçirdiyi bildirilir. Təcrübə uğurlu olarsa, NFT-lərin yerləşdirilməsi sənətçi və fanat təcrübələrini yaxşılaşdırmağa xidmət edəcək.
"Universal Music Group" - "LimeWire"ın "Algorand Marketplace"də NFT-ləri yayımlayanacaq Taylor Swift, U2, Kendrick Lamar və BTS kimi super ulduzların arxasında duran əsas musiqi şirkəti sənətçilərə LimeWire-ın yeni Web3 versiyasında NFT-ləri yayımlamağa imkan verəcək.
Spike Lee filmləri maliyyələşdirmək üçün NFT kolleksiyasını təqdim edir.
Əfsanəvi kinorejissor Spike Lee 1986-cı ildə çəkilmiş “She's Gotta Have It” filmindən çəkilmiş şəkillərə əsaslanan "Ethereum" sənət əsərləri kolleksiyası ilə NFT dünyasına daxil olur.Lee layihəni NFT sahiblərinə hansı filmləri maliyyələşdirəcəkləri barədə səs verməyə imkan verən "The Visible Project" adlı yeni film istehsalı platforması vasitəsilə satacaq.
Coppola tərəfindən dəstəklənən mərkəzləşdirilməmiş film şirkətini - Web3 Film Maliyyələşdirmə Platformasını işə salır.
Prodüser-rejissor Roman Koppola və Frensis Ford Koppolanın prodüser şirkəti "American Zoetrope"un üzvləri tərəfindən təsis edilən "Decentralized Pictures Foundation" (DCP) mayın 20-də Kann Film Festivalında istifadəyə verildiyini elan etdi.
[Bonus] Kripto Maliyyənin Gələcəyi: Fəaliyyətin monetizasiyası layihələri.
"Yahoo Finance"in son zamanlar tendensiya olan ""X" to Earn" layihələri haqqında dayanan məqaləsi bu sahəni araşdırmaq istəyən oxucular üçün bələdçi rolunu oynayır.Fitness to Earn konsepsiyası üçün Amerika fitness platforması FitRated tərəfindən aparılan sorğuda, respondentlərin hardasa 40%-nin "Metaverse"də mövcud fiziki idman zalı üzvlüklərini ləğv etməyə hazır olduğunu göstərdi.Respondentlərin 81%-i kriptovalyuta ödənişləri ilə həvəsləndirilsə, formada qalmaq üçün daha çox motivasiyalı olacaqlarını bildirib.