Həftəlik blokçeyn xəbərlələri bülleteninə xoş gəlmisiniz.

Bu bülletendə həftəlik olaraq müxtəlif platformalarda dərc olunan xəbərlər arasından vacib hesab etdiklərimi mümkün qədər qısa şəkildə paylaşmağa çalışıram.

Xoş mütaliyələr. Hörmətlə, Mert.

“Meta” 100-dən çox ölkədə “Instagram” üçün “NFT” inteqrasiyasına başlayır

"Meta"nın cümə axşamı paylaşımına görə, Mark Zukerberqin rəhbərlik etdiyi şirkət Afrika, Asiya-Sakit okean, Yaxın Şərq və Amerika regionlarının 100 ölkəsində "NFT" inteqrasiyasına başlayıb. Buraya "Coinbase Wallet" və "Dapper" ilə kripto cüzdanların hesaba bağlanması, eləcə də "Flow" blokçeynində yayımlanan rəqəmsal kolleksiyaları paylaşmaq imkanı daxildir.

Yeni hesabata görə, "Metaverse"in bazar payı 2026-cı ilə qədər 50 milyard dolları keçəcək

Texnologiya araşdırma və konsaltinq firması "Technavio" tərəfindən hazırlanan yeni hesabatda növbəti dörd il ərzində "Metaverse"in yüksəliş görəcəyi göstərilir.

“Gucci” artıq “Bored Ape Yacht Club Token” ilə ödənişlərin qəbuluna başlayır

"Gucci"nin may ayında "BitPay" ilə olan ortaqlığından sonra kriptovalyuta ödəniş imkanları genişlənib. Brend bu yaxınlarda "BitPay" platformasına "ApeCoin" və "Euro Coin"nin (EUROC) əlavə etdiyini elan etdi. Beləcə "Gucci" müəyyən ABŞ butiklərinə "ApeCoin" dəstəyi gətirən ilk pərakəndə satıcıdır.

"BlackRock" (BLK) "Coinbase" ilə əməkdaşlıq edir

10 trilyon dollardan çox vəsaiti idarə edən dünyanın ən böyük aktiv meneceri olan "American BlackRock BLK", korperativ müştərilərinə rəqəmsal valyutalara çıxış imkanı vermək üçün kriptovalyuta birjası "Coinbase Global" ilə əməkdaşlıq etdi. Hal-hazırda, ortaqlıq "Bitcoin" ilə məhdudlaşır, çünki o, bazar qiymətləndirməsinə görə ən böyük kriptovalyutadır.

“Ethereum”un qurucusuna görə Zukerberq öz “Metaverse”i üçün erkən qərarlar verir

Vitalik Buterinə görə heç bir şirkət "metaverse" yaratmaq cəhdlərində uğurlu olmayacaq və o, "Meta"nın "yanlış yeri hədəf aldığına" inandığını vurğulayır.

"Tiffany & Co'" x "Crypto Punks"

Nyu-Yorkda yerləşən lüks zərgərlik şirkəti "Tiffany & Co" bu yaxınlarda "Twitter" hesabından paylaşdıqları tvit ilə ən məşhur "NFT" kolleksiyalarından biri olan "Crypto Punks" ilə əməkdaşlıq etdiyini açıqladı.

Hər biri 51 000 ABŞ dolları (30 ETH) dəyərində olan 250 NFT həm də fiziki alış üçün əlçatan olacaq.

“Muse” yeni musiqi albomunu limitli sayda “NFT” kimi yayımlayacaq

İkonik Britaniya rok qrupu "Muse"nin qarşıdan gələn yeni albomu "Will of People" məhdud sayda "NFT" olaraq "Polygon" ilə işləyən "Serenade" platformasında təqdim edilicək.

Posted 
Aug 8, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All