Benjamin Dumond işi üçün ilhamı yazılı sözdə axtaran tipoqrafiya dizayneridir.

"Mən dizayn dünyasından çox az ilham almışam. Həmişə olduğu kimi, bu gün də əsas ilham qaynağım ədiblərdir”.
Ursula Le Guin və Philip K. Dickin əsərlərinə, romanlarının ənənəvi düşüncə və yaşayış tərzinə meydan oxumaq qabiliyyətinə görə, Benjamin həm də fəlsəfəyə, xüsusən də Carl Jung, Gaston Bachelard və Gilles Deleuze əsərlərinə meyllidir.
Grifi: Jester (Copyright © Benjamin Dumond, 2022)

Bədii ədəbiyyatın sərhədləri aşmağımıza kömək etdiyini bildirən Benjamin öz tipoqrafiya layihələrində də buna xüsusi önəm verir. 

Dizayner Parisdə Düperredə oxuyarkən işini qavramağın bu cür üsulları ilə müəllimi Herve Aracil köməyi ilə tanış olub. O, müəllimini belə təsvir edir: “Onun tipoqrafiya dizaynına olan yanaşması mücərrəd düşüncə və Deuleuzian fəlsəfəsinin konseptlərindən yaranıb”. 
Grifi: Font Ideas (Copyright © Benjamin Dumond, 2021)

Müəlliminin dərs metodu tipoqrafik şərhlərdən kənara çıxmağa fokuslanırdı. Benjamin bu metodu “tipoqrafiyanı dizaynerin özünün dediyindən daha fərqli mənalara və məqsədlərə interpretasiya etmək” adlandırır.

B. Dumond korporativ işindən başqa, şəxsi layihəsi olan olan grifi.fr vebsaytını idarə edir, burada məqalələr, tipoqrafiya haqqında yazılar, bədii ədəbiyyat mənbələri və son vaxtlar eksperimental yazı tipləri dərc edir. Benjaminin son tipoqrafiya seriyası “Jester” elə məhz buradan yaranıb.

Benjamin Dumond: Fictional Aphex Twin Album Cover(Copyright © Benjamin Dumond, 2022)

Grifi: Jester (Copyright © Benjamin Dumond, 2022)

Benjamin Dumond: John Titor Movie Poster (Copyright © Benjamin Dumond, 2021)

Bonjour Monde: Parole Ambulante (Copyright © Benjamin Dumond, 2021)

Grifi: Jester (Copyright © Benjamin Dumond, 2022)
Posted 
Jul 10, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All