iPhone 14 ağacların həyatını xilas etdi!

iPhone 14 modellərinin təqdimatı ilə Apple təcili peyk əlaqə sistemini də təqdim etdi. iPhone 14 istifadəçilərinin mobil məlumatlara və ya Wi-Fi-a çata bilmədikləri vaxtlarda peyk bağlantısı vasitəsilə təcili mesajlar göndərməsinə imkan verən bu sistem indiyə qədər bir çox insanın həyatını xilas edib. iPhone 14 və peyk əlaqə sistemi həmçinin, meşə yanğınının qarşısını alıb.

iPhone 14 emergency SOS via satellite could come to more countries soon |  nextpit

Son zamanlar yay aylarının təsiri ilə şimal yarımkürəsində, yanğınlar xeyli artıb. Kanadanın böyük meşəlik əraziləri də yanğınların tez-tez baş verdiyi bölgələr sırasındadır. Xüsusilə, dağlıq ərazilərdə bir çox insan yardım xidmətləri ilə əlaqə saxlamaqda çətinlik çəkir. Bununla belə, bu yerdə Apple-ın təcili peyk əlaqə sistemi işə düşüb.

Kanadanın Ontario əyalətində meşə yanğını ilə mübarizə aparan şəxslər mənbələrə görə təcili xidmətlə əlaqə saxlamaq üçün iPhone 14-ün təcili peyk rabitəsi funksiyasından istifadə edib. Təcili yardım xəbəri üzərinə hərəkətə keçən səlahiyyətli şəxslər qısa müddətdə yanğına müdaxilə etməyi bacarıb. Xoşbəxtlikdən yanğın tez bir zamanda söndürülüb.

“Yol hərəkəti haqqında” qanun qüvvəyə minib

Milli Məclis tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik qüvvəyə minir.

200cc Gas Moped Scooter Super 200 BLUE, Automatic CVT Big Power Engine,  Sporty Style 200CC Scooters Gas Scooters Mopeds Scooters Redfoxpowersports  | lacienciadelcafe.com.ar

Qafqazinfo”nun məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı moped (BDYPİ) sürücülərinə müraciət edib. Dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi bu gündən etibarən inzibati məsuliyyət yaradacaq. Eyni zamanda, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

NASA  səhv əmr göndərdiyi üçün “Voyager 2”  kosmik gəmisini itirib

NASA's Voyager 2 probe suffers a communication breakdown | Space

NASA bazar ertəsi bildirib ki, 19 milyard km çox məsafədə olan Voyager 2-dən gələn hər hansı təsadüfi siqnalı ala bilmək üçün Kanberradakı nəhəng peyk antenasından istifadə edir. Lakin bu, çox çətin bir ehtimal hesab olunur. Kosmik gəmidən gələn siqnalın dünyaya çatması üçün 18 saatdan çox vaxt lazım olduğu bildirilir.  

NASA-nın Jet Propulsion Laboratoriyası gələn həftə Kanberradakı nəhəng peyk antenasından istifadə edərək Voyager 2-yə intensiv siqnallar göndərəcək. Siqnallar Voyager 2-yə çatmasa, NASA kommunikasiyanı bərpa etməli olan kosmik gəminin avtomatik sıfırlanması üçün oktyabr ayına qədər gözləməli olacaq.

Google Assistant-a AI yeniləməsi gəlir

SCIplanet - The Technologies behind Google Assistant

Axios-a görə, Google ən son əsas dil modeli (LLM) texnologiyasından istifadə edərək Google Assistant-ı yeniləmək planlarını elan etdi. Paylaşılan daxili e-poçt şirkətin Google Assistant-ın mobil versiyasından başlayaraq yeniləmə üzərində işə başladığını göstərir. Bu yeniləmə potensial olaraq Google Assistant-ın iş üsulunu dəyişdirərək istifadəçilər, tərtibatçılar və Google-un öz komandası üçün yeni imkanlar açacaq.

Bir oyun konsolunu da Lenovo istehsal edir?

Windows Central-ın hesabatına görə, Lenovo 8 düymlük ekrana və AMD Phoenix prosessorlarına malik “Legion Go” adlı yeni portativ oyun konsolu üzərində işləyir. Cihazın AMD Phoenix prosessorlarından istifadə edəcəyi və daha az enerji istifadə edərək yüksək səviyyəli performans təmin edəcəyi bildirilib. "Legion Go"nun dəqiq buraxılış tarixi hələ ki, açıqlanmayıb.

“Azparking” mobil tətbiqi istifadəyə verilib


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Azparkingmobil tətbiqi istifadəyə verilib. İstifadəçilər tətbiqə mobil nömrə ilə qeydiyyatdan keçib daxil ola bilərlər. Tətbiq vasitəsilə istifadəçi olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapmaq, koordinatları təyin etmək parklanma yerini seçmək imkanına malik olacaq.

Posted 
Aug 1, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All