Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Nintendo Switch 2"yə aid olduğu iddia edilən şəkillər ortaya çıxıb

Alleged Nintendo Switch 2 Prototype Images Leak Online • iPhone in Canada  Blog

"Nintendo Switch 2"nin iddia edilən prototip şəkilləri doğrudursa, yeni "Switch" ilə köhnəsi arasında görünüş baxımından ciddi fərq olmayacaq. Qeyd edək ki, "Nintendo" əvvəlki açıqlamasında yeni konsolun çox da dəyişməyəcəyini bildirmişdi.

"PayPal" loqosunu dəyişdi

The evolution of PayPal’s logo.

Şirkət "Pentagram" tərəfindən hazırlanmış, son dərəcədə sadə görünən yeni loqotipini təqdim edib.

Oyunçular əvəzinə AI-dan istifadə qadağan olunub

The American Federation of Musicians (AFM), a union

Kaliforniyada süni intellektdən istifadənin tənzimlənməsi istiqamətində mühüm addım atılıb. Belə ki, süni intellektlə bir aktyorun görüntüsü və ya səsinin çoxaldılması qadağan olunub.

Qubernator Gavin Newsom həm yaşayan, həm də ölən şəxslərin icazəsiz süni intellekt versiyalarından qorunmasını təmin edən AB 1836 və AB 2602 adlı iki qanun layihəsi imzalayıb.

Azərkosmos Çinin “StarWin” şirkəti ilə əməkdaşlıq edəcək

Müqaviləyə əsasən, Azərkosmos müştərilərinə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstərəcək. Bu xidmətlər “Azconnexus” peyk internet platforması və “StarWin” mobil peyk terminalları vasitəsilə təmin ediləcək.

DİM: Gün ərzində 1,7 min elektron imtahan keçiriləcək

The ACCA CBE exam changes

Bu ilin əvvəlindən Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən istifadənin sayı 11 milyonu ötüb. Bu barədə DİM-in maliyyə müdiri Rahib Allahverdiyev mühasiblərin və auditorların VIII Avrasiya forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, elektron xidmətlərin genişləndirilməsi, kağız istifadəsini miniuma endirilməsi, resurslara qənaət edilməsi, təhsil sektorunda davamlı inkişafın təmin edilməsi üçün qətiyyətli addımlar atırıq.

“Bu yaxınlarda DİM elektron imtahanlar korpusunu istifadəyə verib. Burda bulud əsaslı texnologiyadan istifadə edilir. Burda 45 növ elektron imtahan növü var. Gün ərzində ikinövbəli şəkildə 1,7 min elektron imtahan keçiriləcək.

2023-2024-cü illərdə DİM tərəfindən keçirilən elektron imtahanlara qeydiyyat sayı 14 299 olub. İştirakçı sayı isə 12 792 təşkil edib”, - o qeyd edib.

Posted 
Sep 19, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All