zərbaycanın “SpaceX” ilə əməkdaşlığı baş tutub. Ətraflı desək, “Azercosmos” və “SpaceX” arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.
“Azərkosmos” tərəfindən ölkəmizdə artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri hər yerdə istifadəçilər tərəfindən rahatlıqla istifadə oluna bilər.
Dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətlərimizi genişləndirəcəyik”, - deyə “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
Görüşdə “SpaceX” şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvel qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan və “SpaceX” arasında kosmik sahənin davamlı inkişafı istiqamətində mühüm addımdır. Xanım Şotvel Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresini yüksək qiymətləndirib və “SpaceX” şirkətinin Bakı Konqresində iştirak edəcəyini bildirib.
Qeyd edək ki, “SpaceX” şirkəti “Starlink” peyk şəbəkəsi ilə Yerdə istənilən nöqtəni peyk interneti ilə təmin edə bilir. Şirkət peyklərin orbitə buraxılmasına 2018-ci ildən başlayıb və indiyədək 4000-dən çox peyki orbitə buraxıb.