İ

nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə yaradılmış Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) “Cyberpark” layihəsi “GITEX GLOBAL 2024” beynəlxalq texnologiya sərgisində iştirak edib. Layihə çərçivəsində dəstəklənən Azərbaycanın kibertəhlükəsizlik məhsulu “Cypho” sərgidə ilk dəfə nümayiş etdirilib.

“Cypho”nun stendi sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. Stenddə sərgi iştirakçılarına məhsulun təqdim etdiyi xidmət və funksionallıqlar haqqında ətraflı məlumat verilib. Sərgidə “Cypho” bir çox potensial partnyorlarla, eləcə də əməkdaşlıq edə biləcəyi şirkət və investorlarla görüşlər həyata keçirib.

Qeyd edək ki, AKM-in “Cyberpark” layihəsi Azərbaycanda kibertəhlükəsizlik məhsullarının yaradılması üçün təşviqlər həyata keçirir, bu istiqamətdə startapların inkişafını dəstəkləyir. Belə ki, layihə tərəfindən ilkin olaraq dəstəklənən yerli kibertəhlükəksizlik məhsulu “Cypho” ölkə daxilində artıq bir neçə sərgidə də nümayiş olunub. “Cypho” Azərbaycanda bir neçə dövlət qurumunda, yerli şirkətlərdə və bankda istifadə olunur. Bununla yanaşı, hazırda bir neçə xarici şirkət “Cypho”nu tətbiq edir.  

Posted 
Oct 22, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All