alaxy S24 Ultra modeli iPhone 15-i ötərək, "Samsung"un Avropada ən çox satılan telefonu oldu.

Galaxy S24 Ultra 2024-cü ilin birinci rübündə iPhone 15 modelini geridə qoyaraq Avropada ən çox satılan "Samsung" telefonu oldu. Normalda Samsungun A seriyası kimi daha sərfəli modelləri ən çox satılanlar arasında olsa da, bu dəfə bahalı model S24 Ultra zirvəyə çıxdı.
"Canalys"in məlumatlarına görə, Galaxy S24 Ultra 2024-cü ilin birinci rübündə 1,6 milyon ədəd sataraq Avropada ən çox satılan "Samsung" telefonu oldu. Bu olduqca təəccüblüdür, çünki A seriyası modelləri ümumiyyətlə daha populyardır. Lakin bu dəfə S24 Ultra Galaxy A15-i ötüb. Ötən ilin eyni dövründə Galaxy S23 Ultra A seriyasından geri qalmışdı. Bu il Samsung istifadəçiləri daha bahalı modellərə yönəltməkdə uğur qazanıb.