“Apple” “iPhone” smartfonlarını yavaşlatdığına görə 500 milyon dollar cəriməni ödəməyə başlayıb.
2020-ci ildə yüz milyonlarla dollar cərimələnən şirkət, görünür, istifadəçilərə ödəniş etməyə başlayıb.
2020-ci ilin sonunda Apple-ın köhnə model iPhone-larında lazımsız yavaşlamalar yaşanırdı. Lazımsız olmasının səbəbi isə bu yavaşlığın birdən-birə və heç bir əhəmiyyətli yeniləmə olmadan baş verməsi idi. İPhone 6 kimi modellərdə görülən bu vəziyyət getdikcə böyüdü və nəhayət şirkət məhkəməyə verildi. Apple bir neçə məhkəmə prosesində 500 milyon dollar, 113 milyon dollar və 25 milyon dollar cərimə ilə üzləşdi. Bununla da, Apple bu ödənişləri etməyə başlayıb.
Qeyd edək ki, ödənişlər bu ay həyata keçiriləcək. Ödəniş məbləği fərqli olsa da, Ken Strand və Michael Burkhardt hər şikayət üçün 92,17 dollar alıblar. Təbii ki, qeyd etmək lazımdır ki, bu ödənişi hər kəs almayacaq. Ödənişlər yalnız ABŞ müştəriləri ilə məhdudlaşır. Bundan əlavə, ödənişi almaq üçün 2020-ci ildə bunu tələb etmiş olmaq lazım idi.
21 dekabr 2017-ci il tarixinə qədər ən azı iOS 10.2.1 quraşdırılmış iPhone 6, 6 Plus, 6s, 6s Plus və SE-dən istifadə edənlər və ya 21 dekabr 2017-ci il tarixinədək iOS 11.2 və ya daha yüksək versiyası quraşdırılmış iPhone 7 və ya 7 Plus istifadəçilərindən şikayət edənlər cəriməni geri ala biləcəklər.