T

exnoparkdan kənar fəaliyyət üçün 65 yerli şirkətə rezidentlik verilib.

What Services Does an IT Company Typically Provide? - Revenues & Profits

İl ərzində sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı ilə məşğul olan şirkətlərə texnoparkın imtiyazlarından faydalanmaq üçün rezidentlik hüququ verilib.

İRİA-nın “Deloitte” şirkəti və Dövlət Vergi Xidməti ilə birgə həyata keçirdiyi hesabat xarakterli görüşdə texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərin nümayəndələri iştirak edib. Rezidentlərin təklif və rəyləri dinlənilib, rezidentlik çərçivəsində əldə olunan güzəşt və imtiyazların tətbiqi ilə bağlı yaranan suallara ekspertlər tərəfindən aydınlıq gətirilib.

Görüşdə İRİA-nın layihə meneceri Fərid Hüseynov bildirib ki, texnoparkdan kənar rezidentlik üçün müraciət edən 200-ə yaxın şirkətdən 65-i bu imtiyazlardan artıq faydalanır. İlin sonuna qədər daha 10-14 şirkətə rezidentlik verilməsi nəzərdə tutulub.

Agentliyin sədrinin müavini Rəşad Xalıqov rezidentlik çərçivəsində əldə olunan güzəşt və imtiyazların sənayenin inkişafına əhəmiyyətli töhfə verdiyini xüsusilə vurğulayıb.

Posted 
Dec 15, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All