"Tesla" CEO-su şirkətin illik toplantısı zamanı 3 yeni modeldən bəhs etdi. Bununla belə o, yeni avtomobillər ilə bağlı heç bir detal təqdim etməyib.
İlon Mask cümə axşamı şirkətin illik toplanıtısında 3 yeni "Tesla" modelindən bəhs edib.
Durğun avtomobil sıralaması və durğun satışlarla üzləşən "Tesla" üçün yeni bir uğura imza atmaq vacib bir amilə çevrilib. Mask yeni nəqliyyat vasitələrinin yolda olduğunu qeyd edərək ağ örtüklər altında 3 avtomobilin təsvirləri olan bir slayd göstərdi. Lakin o, bununla bağlı heç bir təfərrüat verməyib.
İlon Mask:
"Əlbəttə, üzərində işlədiyimiz bəzi yeni məhsullarımız var. Düşünürəm ki, bunlar olduqca xüsusi olacaq".
Maşınlardan biri uzun, qutu tipli mikroavtobus kimi görünürdü. Digər ikisi daha alçaq və zərif görünüşə sahib idi. "Tesla" avqustun 8-də çoxdan gözlənilən robot taksisini təqdim etməyi planlaşdırır. Buna görə də bu, toplantıda nümayiş olunan ağ örtüyün altındakı modellərdən biri "robot taksi" ola bilər.
Aprel ayında elektrik avtomobil istehsalçısı yeni modellərin, o cümlədən daha sərfəli avtomobillərin təqdimat vaxtını sürətləndirdiyini açıqlamışdı. "Tesla" həmin vaxt verdiyi açıqlamada bu modellərin 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində təhvil veriləcəyini qeyd etmişdi.