imali Atlantik sularında 1912-ci ildə batan trans-Atlantik kruiz gəmisi "Titanik"in rəqəmsal surəti yaradılıb. Gəminin batmasından 110 il sonra ilk tam ölçülü 3D rəqəmsal modeli skan edilib. Açılan modeldə gəminin qalıqları tamamilə susuz mühitdə bu cür görünür.
Dərin dəniz xəritələri şirkəti “Magellan” uzaqdan idarə olunan sualtı kameralardan istifadə edərək sənədli filmlər çəkən “Atlantic Productions” ilə əməkdaşlıq edib. Şirkət 111 ildən artıqdır ki, Şimali Atlantikada 3800 metr dərinlikdə yatan qalıqları tədqiq etmək üçün ümumilikdə 200 saatdan çox vaxt sərf edib.
Nəticədə layihə üçün 16 terabayt həcmində 700 mindən çox foto və 4K video toplanıb. Tədqiqatçılar daha sonra detallı 3D model yaratmaq üçün onları birləşdiriblər. Əldə edilən rəqəmsal nüsxə o qədər təfərrüatlıdır ki, hətta gəmi pərvanələrindən birinin qanadındakı seriya nömrəsi də görünür.
Mütəxəssislər bildirirlər ki, rəqəmsal nüsxə “Titanik” gəmisinin necə batması ilə bağlı ətraflı məlumat toplamaq üçün istifadə edilə bilər. Tarixin ən ölümcül dəniz fəlakətlərindən birinin baş qəhrəmanı olan gəminin qalıqları gündən-günə yoxa çıxır. Şübhəsizdir ki, bir neçə ildən sonra bu model “Titanik”ə baxmağın yeganə yolu ola bilər.