Bu gün "Twitter"in yaradıcısı və baş direktoru Cek Dorsi vəzifəsindən istefa edib. Onun əvəzinəsə şirkətin baş texnologiya direktoru Paraq Aqravalın CEO vəzifəsinə təyin edildiyi açıqlanıb. Cekin istefa xəbərindən sonra Twitter səhmləri ABŞ fond bazarında 10 faiz dəyər qazanıb.