“Adobe” Creative Cloud üçün "Adobe x Bowie" kampaniyasını təqdim edib. Bu, məşhur musiqi ikonu David Bowie ilə əlaqəli nüanslarla bəzədilmiş rəqəmsal alət qutusudur. 

Kampaniya rok əfsanəsinin 75-ci doğum günü üçün həyata keçirilən “Bowie 75” layihəsi tərkibində başladılıb. Bunu da qeyd etmək lazımdır ki, bu layihə tərkibində Bowienin alter-eqosu Ziggy Stardustın 50-ci ildönümü də nəzərə alınıb.

“Adobe” rəsmi saytında kampaniya haqqında bunu yazır: “Ziggy Stardust bizə bir personanın gücünü öyrətdi. Tina Touli, Kae Neskovic, Tabea Mahern və Thomas Hedger tərəfindən yaradılmış qrafiklərlə öz metamorfozunuzu yaradın”.

İstifadə etdiyiniz alətlərlə yaratdığınız məhsulları, yaxud əsərləri #AdobexBowie heşteqi altında paylaşa bilərsiniz.

Alətlər qutusu “Photoshop”, “Illustrator”, “Fresco”, “Substance” və “Adobe Express” üçün əlçatandır.

Alətlər qutusunu pulsuz əlavə etmək üçün klikləyin.

Posted 
Jun 16, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All