Necə və niyə reklamçı olmağı seçdim?

Göktuğ Sarı – TRILOGY.NEWS
"Bir həyat hekayəsinin yazıçını, təbiətin rəssamı, bir melodiya və ya səhnə performansının musiqiçini ilhamlandırdığı kimi, yaradıcı bir ideyanın da gələcəyin reklamçılarını ruhlandırması normal sayılmır?
"Mənim hekayəmdə də tam olaraq bu baş verdi. Hələ 15 yaşında olan və böyüyəndə nə olacağına dair astronavtdan tutmuş aktyorluğa qədər müxtəlif xəyalları olan bir məktəblinin izlədiyi reklam çarxı bütün həyatını dəyişdi. Həmin reklam çarxında elə bir fikir var idi ki, həm bu məktəblinin ruhuna can verirdi, həm də beynində dolanan minlərlə ideyanın necə həyata keçə biləcəyi haqqında ona yol göstərirdi. Fikirləri artıq təkcə onun təxəyyülündə, yuxularında və ya beyninin dərinliklərində qalmayacaqdı. Reallığa çevirə biləcəyi bir platforma kəşf etmişdi! Reklamlar! O qədər “ideya” dedim, bəs nə idi bu ideya?"
Əvvəla heç nə demədən reklama baxıb öz fikrinizi formalaşdırmağınızı istərdim.
"2004-cü ildə TBWA İstanbul tərəfindən "Beko" markası üçün çəkilmiş paltaryuyan maşını reklamının ssenarisi, mühiti, arxasında duran ideya, istehsal keyfiyyəti və vizual effektləri ilk dəfə izlədiyimdə əlimdəki işləri bir kənara atıb "reklamçı olmalıyam, bu cür ssenarilər yazmalıyam" deyə içimdən qışqırmağıma səbəb olmuşdu. Türkiyənin ən prestijli reklam mükafatı olan "Kristal Elma"dan televiziya kateqoriyasında mükafata layiq görülən videoçarx bu qabaqcıl ekoloji məhsulu həqiqətən daha yaxşı izah edə bilməzdi".
Posted 
Feb 20, 2024
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All