A

R əsaslı oyun studiyası "BitPet" WePlay HUB akselerasiya proqramını bitirdikdən sonra WePlay Ventures və mələk investorlarından investisiya aldığını elan edib.

2020-ci ildə Mathias Gronstad və Kahoot-un həmtəsisçisi professor Alf Inge Wang tərəfindən qurulan "BitPet" AR oyunları vasitəsilə gündəlik fiziki fəaliyyəti əyləncəli və cəlbedici təcrübəyə çevirməyi hədəfləyir.

Bu investisiya turu ilə "BitPet" istifadəçilərə AR əsaslı mobil oyununu təqdim edəcək. İnvestisiya turunda WePlay Ventures ilə yanaşı, Böyük Britaniyada fəaliyyət göstərən Kwalee oyun şirkətinin vitse-prezidenti olan və mobil oyun sənayesində tanınan Con Wright və daha 6 mələk investor, o cümlədən, Türkiyə oyun ekosisteminin yaxından tanıdığı Londonda yerləşən oyun nəşriyyatı Matchingham Games-in qurucusu Fatih Haltaslı iştirak edib.

Oyunun konsepsiyası Wang-ın oyun texnologiyası sahəsində professor olduğu Norveçdəki NTNU-da aparılan eksergame tədqiqatlarına əsaslanır. BitPet oyunçuların rəqəmsal ev heyvanları ilə vaxt keçirdikləri, onları inkişaf etdirən və formalaşdırdıqları maraqlı bir konsepsiya təklif edir. Oyunçular AR-dan istifadə edərək müxtəlif yerlərdə və ya oyunun fərdiləşdirilə bilən 3D dünyasında ev heyvanlarının şəklini çəkə və heyvanlarını nümayiş etdirə bilərlər. Oyun həmçinin Niantic (Pokémon GO yaradıcıları) ilə əməkdaşlıq sayəsində çox oyunçulu reallıq təcrübəsinə sahib ola bilirlər.

Studiya WePlay HUB Accelerator Proqramının ilk məzunlarından biri olub, həmçinin Skandinaviyanın aparıcı akselerasiyalarından biri olan StartupLab-ın bir hissəsi idi.

WePlay Ventures CEO-su Burak Yılmaz

"BitPet komandası WePlay HUB-a qoşulduqları ilk gündən göstərdikləri fədakarlıqla diqqət çəkmişdi. Əminik ki, komandanın yenilikçi yanaşmaları, təcrübəsi və strateji investorların iştirakı ilə önümüzdəki illərdə BitPet çox fərqli yerlərə çatacaq. WePlayHUB ilə oyun ekosisteminə töhfə verməyə davam edərkən, BitPet və digər WePlay HUB studiyalarımızı hər mərhələdə onların ehtiyaclarına uyğun dəstəkləməkdə qərarlıyıq."

BitPet-in həmtəsisçisi Mathias Qronstad:

"WePlay Ventures və strateji mələk investorların dəstəyinə sahib olmaqdan məmnunuq. Onların dəstəyi təkcə mobil oyunlara innovativ yanaşmamızı təsdiq etmir, eyni zamanda AR əsaslı mobil oyunumuzla əyləncəni fiziki fəaliyyətlə birləşdirmək missiyamızı gücləndirir".
"WePlay HUB-un 12 həftəlik akselerasiya proqramı ilə biz investisiya səyahətimizə gedən yolda qlobal mentorlarla biznes və texniki sahələrdə özümüzü təkmilləşdirmək imkana sahib olarkən, WePlay HUB tərəfindən yaradılan ekosistemlə çoxlu güclü əlaqələr qurmaq imkanımız oldu."

WePlay HUB - Batch 4 Proqramı iyulun 1-də başlayır. Bu ekosistemdə iştirak etmək istəyən studiyalar üçün son müraciət tarixi 20 iyundur.

Bu linkdən müraciət edə bilərsiniz.

Posted 
May 30, 2024
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All