Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Volkswagen"də böyük təhlükəsizlik problemi!

Volkswagen is right to put profit before sales

"Volkswagen"in proqram təminatı bölməsi "Cariad"dakı təhlükəsizlik boşluğu nəticəsində 800 min elektrik avtomobilinə aid məlumatlar ifşa olunub. Bu məlumatların arasında avtomobil sahiblərinin şəxsiyyət və ünvan məlumatları da yer alır.

"Xbox" "State of Decay 3"ün çıxışını 2026-cı ilin əvvəlinə təxirə salıb

Buy State of Decay 3 Steam

Əvvəlcə 2025-ci ildə buraxılması planlaşdırılan oyunun inkişaf prosesi gözləniləndən daha uzun çəkəcək. Bu qərar "Xbox"ın 2025-ci il üçün hazırladığı oyun təqviminə üstünlük verməsi məqsədilə qəbul edilib. "State of Decay 3"ün rəsmi buraxılış tarixi açıqlanmasa da, oyun 2026-cı ilin əvvəlində Xbox və PC üçün təqdim ediləcək.

"Sony" "PlayStation 6" ilə konsollara sadiq qalacaq

The Sony PS6 is coming – but don't write off your PS5 just yet... | T3

"Sony Interactive Entertainment"in həmsədri Hideaki Nishino son müsahibəsində "PlayStation"un mərkəzində hələ də fiziki konsolların olduğunu bildirib. O, "PS4" oyunçularının hələ də böyük bir icma təşkil etdiyini və “PS5” üçün oyun sayının sürətlə artdığını vurğulayıb. Nishinoya görə, "Sony"nin oyun strategiyasının əsasını yaxın dövrdə də konsollar təşkil edəcək.

"Galaxy S25" seriyası "Exynos" çiplərlə vidalaşır

Samsung Galaxy S25's Exynos 2500 chip may match Snapdragon in efficiency -  SamMobile

"Samsung"un "Galaxy S25" seriyasının bütün modellərinin "Snapdragon" prosessorlarla təchiz ediləcəyi iddia olunub. Son məlumatlara əsasən, əvvəllər yalnız "S25 Ultra" modelində "Snapdragon" çipinin istifadə olunacağı ilə bağlı iddialar təsdiqini tapmayıb. "Exynos 2500" prosessorlarının performansı yetərli olmadığından, "Samsung"un "Qualcomm" çiplərinə keçid etməsi məcburi görünür. "Snapdragon" çipləri yüksək performans, enerji səmərəliliyi və istilik idarəetməsi ilə cihazların stabilliyini və uzunmüddətli istifadəsini yaxşılaşdırır. Bununla yanaşı, eyni çip platformasından istifadə proqram təminatının optimallaşdırılmasını və yeniləmələrin daha sürətli çatdırılmasını təmin edir.

"Samsung" gələcəyin texnologiyaları üçün patentlər alıb

Samsung - Latest News on Samsung, Top News, Photos, Videos | Business  Standard

"Samsung" süni intellekt, artırılmış reallıq və geyilə bilən texnologiyalar sahəsində yeni patentlərlə diqqət çəkir. Şirkət "Galaxy" modellərinin kamera proqram təminatını inkişaf etdirmək üçün AI əsaslı görüntü emalı sistemini patentləşdirib. Bu texnologiya sayəsində fotolardan istənməyən obyektləri bir toxunuşla silmək və arxa planı avtomatik genişləndirmək mümkün olacaq. "Samsung" həmçinin istifadəçinin baxışlarını izləyən sensorlarla təchiz olunmuş AR eynəkləri üzərində işləyir.

Posted 
Dec 29, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All