A

pelyasiya məhkəməsi çıxardığı qərarla birinci instansiya məhkəməsinin “Uber”in Türkiyəyə girişi ilə bağlı qadağanın yanlış olduğunu təsdiqləyib. Apelyasiya məhkəməsinin qərara xitam verməsi ilə Uber yenidən Türkiyədə fəaliyyət göstərməyə davam edə biləcək.

Əlaqə qurduğumuz “Uber Global”ın mətbuat katibi:

“Türkiyəyə inanırıq və sadiqik. Apelyasiya məhkəməsinin taksi fəaliyyətimizi davam etdirə biləcəyimizi təsdiqləməsindən çox məmnunuq. Mobil tətbiqimizi İstanbuldakı bütün sərnişinlərə və sarı taksi sürücülərinə təqdim etməyə davam edəcəyik" deyə bildirib.

2014-cü ildən etibarən İstanbulda xidmət göstərməyə başlayan Uber istanbullular üçün məşhur və təhlükəsiz nəqliyyat növü idi və 4.5 milyondan çox insan tərəfindən yüklənmişdi. Məhdudiyyətin aradan qaldırılması ilə əlçatan olacaq taksi xidməti İstanbulda 14.500 taksi sürücüsü tərəfindən istifadə edilmişdi.

Posted 
Feb 5, 2021
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All