O

, 2022-ci ilin iyununda Yoel Roth-u əvəz etmişdi. Elon Musk ilə heç bir problemi yox idi, çünki onun platformanı almasından sonra vəzifəyə gəlmişdi. İstefanın məzmun moderasiyasında yaşanan problemlərdən qaynaqlandığı, “What is a woman” məzmunu ilə əlaqəli olduğu bildirilir. Ella Irwinin istefasından sonra “Twitter” komandasına kimin qoşulacağını və moderasiya proseslərinin necə formalaşacağını indidən demək çətindir.

Twitter's head of trust and safety Ella Irwin resigns - P.M. News

“Twitter”in “What is a Woman” filminin platformada pulsuz yayımlanması ilə bağlı razılığını ləğv etməsi xəbərini paylaşan “Daily Wire” cümə axşamı onu da əlavə edərək bildirib ki, sənədli film transseksuallara qarşı hücum xüsusiyyətlərinə malikdir. Musk isə bu filmin nümayişinə qarşı deyildi. Əslində, Musk “Daily Wire”ın CEO-su Jeremy Boreing-in bu mövzudakı tvitinə cavab vermiş və məzmuna icazə verildiyini bildirmişdi. Buna baxmayaraq, məzmuna girişin məhdudlaşdırılması və moderasiya tərəfində məzmunda nifrət nitqinin olduğunu bildirən qeydlərin olması diqqət çəkib. Moderasiya tərəfdə işçi sayının azalması “Twitter”də məzmun axınını dəyişir və tənzimləyicilərin şirkəti diqqətlə yoxlamasına səbəb olur.

“Twitter” bir başqa xəbərdə dezinformasiya ilə mübarizə üçün Avropa İttifaqı ilə könüllü razılaşmadan çıxsa da, gözlənilən internet qaydalarına riayət etməkdə qərarlı olduğunu bildirmişdi.

“Google”da “məşhur rəssamlar” axtarışı zamanı əvvəlcə “AI” əsərləri gəlir

Girl with AI earrings sparks Dutch art controversy | Arts Culture – Gulf  News

Mayın əvvəlində “Google” istifadəçiləri amerikalı rəssam Edward Hopper-i axtararkən təəccüblənmişdilər. Axtarış nəticələrində rəssamın əsl rəsm əsəri əvəzinə, onun “AI” tərəfindən yaradılan əsərinin görünməsi mübahisələrə səbəb olmuşdu. Məsələnin statusu dəyişməyib. Hazırda “Mirvari Sırğalı Qız” əsəri ilə tanınan böyük rəssam Johannes Vermeer üçün axtarış etsək, ilk nəticə yenə “AI”ın yaratdığı görüntü olacaq. Bu, “Google” axtarış alqoritmlərinin hələ də “AI” ilə yaradılmış əsərləri ayırd edə bilmədiyini göstərir.

“Süni intellekt” zavodu interneti tullantıya çevirib
Google'da ünlü ressamlar aratılınca yapay zeka eserleri görünüyor

Xəbərimiz dərc olunanadək məsələ həll olunmuş kimi görünürdü. Rəssamın adı axtarılanda görürük ki, yalnız onun orijinal əsərləri çıxır, amma oxşar hadisənin yenidən baş vermə ehtimalı yenə də var. Əsas problem odur ki, süni intellektlə istehsal olunan böyük layihələrin tanınması getdikcə çətinləşir. Gələcəkdə bu alətlər daha da inkişaf etdirilərsə, özümüzü internetdəki məzmunların əksəriyyətinin süni intellekt tərəfindən yarandığı bir mühitdə tapa bilərik. Bu ssenarinin çoxlarını qorxutması da boşuna deyil.

“Motorola”dan iddialı “RAZR 40” seriyası

Представлены флагманская Motorola Razr 40 Ultra и самая доступная на рынке  "раскладушка" Motorola Razr 40 - InfoCity

3,6 düymlük ön ekran “Razr 40 Ultra”nın ən vacib xüsusiyyəti kimi diqqət çəkir. Bu displey bu günədək qatlana bilən cihazda ən böyük ön ekrandır. Əsas ekran isə 165 Hz yeniləmə sürəti və HDR10 + dəstəyi ilə 6,69 düymdür. Telefon “Snapdragon 8+ Gen 1” prosessoru ilə təchiz edilib. “Razr 40”ın (8/128 GB) 660 dollardan və (8/256 GB) 801 dollardan başlayan başlanğıc qiyməti var və qatlana bilən telefon bazarında olduqca iddialı görünür.

Kameranın ön hissəsində OIS dəstəyi ilə 12 meqapiksellik əsas kamera 13 meqapiksellik ultrageniş modulla müşayiət olunur. Ön tərəfdə 32 meqapiksellik selfi kamerası var. Bütün bunlar 30 Vt kabelli və 5 Vt-dək kabelsiz yükləməni dəstəkləyən 3800 mAh batareya ilə təchiz ediləcək.

Motorola Razr 40, Razr 40 Ultra Clamshell Foldables Debut With Impressive  Specs; To Launch In India Soon?

"Razr 40" 144 Hz yeniləmə tezliyi ilə 6,9 düymlük "LTPO AMOLED" əsas displeylə gəlir. Yan tərəfdə əsas bildirişləri təqdim edə bilən 1,5 düymlük qapaq ekranı var. Çipset kimi "Snapdragon 7 Gen 1", 8/12 GB RAM128/256 GB yaddaş seçimləri ilə təqdim olunacaq.

“Bing Chat” günlük çat limitini 300-ə qaldırıb

Bing Chat increases turn limit to 30 - TECHTELEGRAPH

“Bing Chat” komandası söhbət limitini yeni mərhələyə daşıyır. Jordi Ribas “Twitter”də gündəlik “Bing Chat”a geri dönüş limitinin 300-dək, sessiyadaxili söhbət turunun isə 30-dək artırılması barədə tvit atıb. Görünən budur ki, “Bard”dan fərqli olaraq “Microsoft” “Bing Chat”a yeni funksiyaları və təkmilləşdirmələri daha qısa zamanda və sürətlə əlavə edir. “Microsoft” tezliklə həm “Bing Image Creator” ilə bağlı, həm də “Bing Chat” dəstəyini digər brauzerlərə əlavə etməklə bağlı yeniləmələri də açıqlayacaq.

“Gamer”lərin ən çox seçdiyi əməliyyat sistemləri bəlli olub

“Windows 11” son zamanlarda problemlərdən canını xilas etsə də, hələ də oyunçuların üstünlük verdiyi versiya deyil. Ən böyük pay sahibi olan “Windows 10”da ötən aylardan bəri nəzərəçarpacaq dərəcədə eniş yaşanmayıb. Versiya may ayında 0,70 % azalma ilə 60,51 % bazar payına sahib olub. Yeniləmə dəstəyi almayan Nikolaydan qalma “Windows 7” isə keçən ay 0,11 % azalaraq 1,17 % göstərici ilə yadda qalıb.

“Microsoft” köhnə qvardiya “Paint”ə yeniləmə gətirib

“Microsoft” uzun müddətdən sonra məşhur “Paint” proqramına mühüm yeniləmələr gətirir. “Windows 11” üçün təklif ediləcək yeni paketlə proqram “dark mode” dəstəyi alacaq. Qaranlıq rejimlə yanaşı, böyütmə rejimi də dəyişir. Klassik parametrlər mövcud olsa da, istifadəçilər indi yeni slayderlə böyütmə/kiçiltməni əl ilə idarə edə biləcəklər. “Microsoft”, həmçinin düymələri yeniləyib. Funksiyalar tezliklə bütün “Windows 11” istifadəçiləri üçün əlçatan olacaq.

“AI” ilə işləyən Paragraphica. Beləsini heç vaxt görməmisən

Üzərində düymələri, optik sensoru və nəhəng obyektivi olan bir cihaz düşünün. Bir də işin içinə süni intellekt qarışır və “Paragraphica” adlı tamamilə innovativ bir məhsul ərsəyə gəlir. B.Karmann tərəfindən hazırlanmış “Paragraphica” optik əvəzinə məkan məlumatlarından istifadə edir. Məhsulun obyektivi yoxdur, çünki bu aparatla kadrı tutmağa gərək qalmır. Bunun əvəzinə kamera ünvan, yaxınlıqdakı yerlər, günün vaxtı və hətta hava da daxil olmaqla, məkan haqqında məlumat toplamaq üçün açıq “API”lərdən istifadə edir.

“Stranger Things” mobil oyunlarını hazırlayan studiya bağlanır

2021-ci ilin noyabrında oyun sənayesinə girəcəyini açıqlayan və bu günədək onlarla orijinal oyun buraxan “Netflix” bu sənayedə hələ də istədiyi nöqtəyə çatmayıb. Bu gün “Netflix” üçün işləyən böyük bir studiyadan bəd xəbər gəlib. “Netflix”in ən populyar layihəsi “Stranger Things”in mobil oyunlarını hazırlayan “BonusXP” studiyası bağlanacağını elan edib. Studiyanın niyə bağlandığı bilinmir. Studiya sadəcə “Netflix” ilə əməkdaşlıq edirdi. Buna görə də onun bağlanması “Netflix”ə birbaşa təsir etməyəcək.

Posted 
Jun 2, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All