2018-ci ildə türkiyəli sahibkar Oğuz Alper Öktem tərəfindən qurulan və qısa müddətdə sürətlə böyüyən “Martı” startapının ötən aylarda dəyəri 100 milyon ABŞ dollarına çatmışdı.

Türkiyədə elektrikli skuter istifadəsinin artmasına böyük töhfə verən “Martı” tətbiqetməsi ABŞ-da yerləşən Birgə Müəssisə Şirkəti (SPAC) "Galata Acquisition Corp." ilə razılaşıb. Şirkətin "Coca-Cola", "Mastercard", "Twitter", "Boeing" və "Ferrari" kimi nəhəng şirkətlərin alqı-satqısının aparıldığı və dünyanın ən böyük səhm birjası olan Nyu-York Fond birjasında ticarətə buraxılması gözlənilir. Əməliyyat başa çatdıqdan sonra “Martı”nın 280 milyon ABŞ dolları məbləğində ümumi nağd gəlir əldə edəcəyi gözlənilir.

Birjaya çıxdıqdan sonra şirkətin kapitalını artırması, kataloqunu genişləndirməsi və yeni xidmətlər təklif edə biləcəyi resurslara asanlıqla çatması gözlənilir. “Super App” olmaq yolunda dünyada və Türkiyədə iri addımlarla irəliləyən şirkət elektrikli və çevrə dostu nəqliyyatı daha geniş miqyasda təbliğ etmək niyyətindədir.

Posted 
Aug 2, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All