ürətli çatdırılma şirkəti olan “Getir” yenidən 555 milyon dollar investisiya alaraq 7.56 milyard dollar dəyərinə çatdı və bu ilki böyümə planına ABŞ bazarına girməyi də daxil etdi.
Bu investisiya turunda, mövcud fondlardan “Sequoia Capital” və “Tiger Global” “Getir”ə qoyduqları sərmayeləri davam etdirərkən, “Silver Lake”, “DisruptAD” və “Mubadala Investment Company” “Getir”in yeni investorlarından oldular. 2021-ci ilin ilk altı ayında cəmi 1 milyard dollara yaxın investisiya alan “Getir”, dəyərini 5 ayda təxmini 9 dəfə artırdı.
2015-ci ildə təqribi 10 dəqiqədə market məhsullarını istifadəçilərinə çatdıraraq dünyada bir ilkə imza atan “Getir”, mart ayında üçüncü investisiya turunu 300 milyon dollar ilə tamamlayaraq, “unicorn” siyahısına daxil olmuşdu.
“Getir”in yaradıcısı Nazım Salur qeyd edir ki,
“”Getir”in bu qədər dəyərlənməsinin səbəbi 10 dəqiqəyə çatdırılma kimi orijinal bir fikrin texnologiya ilə birləşməsidir. Bu əslində yeni texnologiya ilə əlaqəli iş modellərinin Türkiyədən də çıxa biləcəyinin nümunəsidir. Bu qədər tez-tez investisiya almağımızın səbəbi bu il ABŞ bazarına girmə hədəfimizidir. Artıq bizə bənzər şirkətlər yaranmağa başlayıb. Biz etməsək, onlar edəcək. Yeni sərmaye ilə həm Türkiyədəki işlərimizi daha sürətli böyütməyə, həm də yeni ölkələrdəki bu iki hecalı türkcə kəliməni sevdirməyə davam edəcəyik”.
Hal-hazıda Türkiyə, İngiltərə və Hollandiyada xidmət göstərən “Getir”, iyun ayında da Parisdə və Berlində fəaliyyətə başlayacaq. İlin son rübündə isə Amerika bazarına girməyi qarşısına məqsəd qoyan “Getir”, beləliklə il sonuna qədər 6 ölkəyə xidmət göstərəcək və öz yaratdığı bazarın standartlarını yeni giriş etdiyi ölkələrdə də təyin etməyə davam edəcək.