T

ürk dövlətlərindən "Turana" böyük yatırım!

Baş tutan investisiya yatırımında "United Payment", "Colendi Ventures", "APY Ventures", "KT Portfolio", "Tera Portfolio", "Neo Portfolio Türkaz İnvestisiya Fondu", "Re-Pie" və Azərbaycanın ilk invsestisiya kapitalı fondu "Caucasus Ventures" də iştirak edib. "Turan" Türk dövlətləri arasında pul köçürmə prosesini rəqəmsal dünyaya daşıyacaq. Şirkət: Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan kimi Türk dövlətlərinə pul köçürə biləcəkləri 100 % rəqəmsal pul köçürmə sistemi yaradır. Türk dövlətləri üçün xüsusi olaraq hazırlanan məhsul, öz maliyyə xidmətləri ilə təxminən 170 milyon insana çatmağı hədəfləyir.

"Turan" Türkiyədən Azərbaycana pul köçürmələrini saniyələr ərzində həyata keçirir. Ötən günlərdə Türkiyə ilə Azərbaycan arasında rəqəmsal pul köçürmə prosesinin ilk addımını atan "Turan", Türkiyədən Azərbaycandakı istənilən bank kartına 60 saniyə ərzində köçürmənin mümkünlüyünü də vurğulayıb.

Posted 
Mar 14, 2023
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All