Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Trendyol"un Bakı ofisinin açılışı olub
"Trendyol" oktyabrın 9-da Bakıdakı ofisinin açılışını edib. Azərbaycan bazarına daxil olduğu 2023-cü ildən etibarən "Trendyol" ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platformasına çevrilib. Cəmi 18 ay ərzində "Trendyol" 2 milyona yaxın müştəri qazanıb.
"AMD" yeni süni intellekt çiplərini təqdim edib
"AMD Instinct MI325X" və "MI355X" süni intellekt çipləri təqdim edildi. Şirkət iddia edir ki, "MI325X" müəyyən süni intellekt işlərində rəqibi "Nvidia H200"dən 40 %-ə qədər daha yaxşı performans təklif edir.
"Google" "Imagen 3" AI alətini hər kəs üçün əlçatan edib
"Google"un "Imagen 3" süni intellekt aləti nəhayət bütün istifadəçilər üçün əlçatan olub. Qeyd olunub ki, "Imagen 3" əvvəlki versiyalarla müqayisədə daha yaxşı detallara, daha zəngin işıqlandırmaya malik şəkillər istehsal edir.
"vivo" yeni "OriginOS 5" əməliyyat sistemini təqdim edib
"vivo" süni intellektlə dəstəklənən "OriginOS 5" əməliyyat sistemini təqdim edib. Yeni təqdim edilən versiya təkcə vizual olaraq deyil, həm də performansı və süni intellekt inteqrasiyası ilə yüksək qiymətləndirilib.
"Logitech" yeni alətlərini təqdim edib
"Logitech" innovativ məhsullarını genişləndirməyə davam edir. Şirkətin bu istiqamətdə son addımı rəngli dizaynı ilə diqqət çəkən yeni "POP Icon Combo" klaviatura və siçan dəsti olub