T

ürkiyənin ən böyük e-ticarət platforması olan Trendyol, son aldığı 1.5 milyard dollarlıq sərmaye ilə dəyərini 16.5 milyard dollara yüksəltdi.

Sərmaye ilə birgə Trendyol, 10 milyard dollar dəyər həddini keçərək Türkiyənin ilk “decacorn”u olmaqla yanaşı həmçinin ölkənin ən dəyərli şirkəti oldu.

Trendyol Türkiyənin İlk “Decacorn”u Oldu!
Trendyol Türkiyənin İlk “Decacorn”u Oldu

E-ticarət nəhənginə bu son investisiyanı qoyan şirkətlər arasında, Amerikanın önəmli investisiya fondlarından “General Atlantic”, Yaponiya mərkəzli “SoftBank”, Berlin mərkəzli “Princeville Capital”, ADQ (BAE) və Qatar investisiya şirkəti (QIA) yer alır. Trendyolun mövcud investoru “Alibaba” da bu ilin əvvəlində şirkətə 350 milyon dollar əlavə sərmaye qoymuşdur.

Sərmaye ilə əlaqədar Trendyolun qurucusu Demet Mutlu:

“Bu sərmayelərə görə dünyanın öndə gələn investorlarına, ölkəmizə Trendyolun gələcəyinə olan inamları üçün təşəkkür edirik. Ölkəmizə son dönəmdəki ən yüksək beynəlxalq sərmayeni gətirmiş olmağımız bizim üçün qürur vericidir. Həmçinin Trendyolun Türkiyənin ilk “decacorn”u olması da sektorumuzun beynəlxalq arenadakı mövqeyini gücləndirəcək. Bu sərmayə Türkiyənin rəqəmsal ekosisteminə beynəlxalq marağı artıracaq və sənayemizin inkişafını sürətləndirəcək. Həvəslə çalışan komandamıza, yüz minlərlə iş ortağımıza və bizə güvənən 30 milyondan çox müştəriyə bu uğur yolunu bizimlə paylaşdıqları üçün təşəkkürümüzü bildiririk.

"Yüz minlərlə insan platformamız vasitəsiylə satıcılarımızın satış prosesləri üçün çalışarkən, eyni zamanda karqo, qablaşdırma, müştəri xidmətləri kimi müxtəlif sektorlarda yüz minlərlə insanı da işlə təmin edirik.
Beləliklə, birbaşa və dolayı yolla 1,1 milyon insanın ümumi məşğulluğu ilə iqtisadiyyatımıza töhfə veririk. Bu rəqəmi 2023 -cü ildə 2,4 milyona çatdırmağı hədəfləyirik "dedi.
Posted 
Aug 9, 2021
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All