"

Vision Pro”nun hər kəsin ala biləcəyi bir məhsul olub-olmaması ilə bağlı suala Tim Cook bu cavabı verib: “Bilmirəm. Düşünürəm ki, insanlar həmişə maliyyə vəziyyətlərindən və digər amillərdən asılı olaraq fərqli seçimlər edirlər. Vision Pro-nun mühəndislik tərəfi insanı heyrətləndirir. Hər gözdə 4K-dan üstün keyfiyyət. Təbii ki, bu, pulsuz başa gəlmir. Müəyyən məbləğdə pula başa gəlir. Məncə, bu, böyük dəyərdir”.

Apple Vision Pro: Tim Cook reveals AR headset 'you look through not at' -  BBC Newsround

Android 14 Beta 3” yayımlandı! Bu da yeni özəlliklər

Android Developers Blog: Android 14 Beta 3 and Platform Stability

“Beta 3” yeniləməsində “Lock screen”“Home screen” üçün geniş interfeys seçimləri mövcuddur. İstifadəçilər smartfonun ana ekran və kilid ekranını istədikləri kimi redaktə edə biləcəklər. Məsələn, “Android 14 Beta 3” hazırda kilid ekranı üçün 9 saat dizaynı tövsiyə edir. Bu dizaynlardan 7-də fərqli şrift seçimləri var. “Google”, həmçinin kilid ekranında hava xəbərinə yer verən saat interfeysi üzərində də testlər edir.

“ChatGPT” tətbiqinə “iPad”, “Siri” dəstəyi və bir sıra yeniliklər gəlib

How to use ChatGPT with Siri | TechRadar

Ötən həftələrdə iOS üçün hazırlanan rəsmi “ChatGPT” tətbiqi ən populyar tətbiq kimi xeyli səs saldı. Məhsuldarlıq kateqoriyasında yer alan tətbiq tamamilə pulsuz istifadə edilə bilir. Məhsuldar süni intellekt artıq “iPad” dəstəyini almaqla bərabər, birbaşa “Siri” səsli assistentini də özündə ehtiva edir. Bir az da “plug-in”lərdən bəhs edək. Hazırda məhdud sayda əlavələr olsa da, “ChatGPT” bu istiqamət üzrə də fəaliyyətini və dəstəyi böyütməyi hədəfləyir.

“Twitter”in reklam gəlirləri keçən illə müqayisədə 59 % azalıb

Twitter's ad sales down 59% as advertisers worry about toxicity, Musk's  tweets, and porn | TechSpot

Araşdırmalara görə, aprelin əvvəlindən mayın ortalarınadək olan 5 həftəlik müddətdə reklam gəlirlərində ötən ilin eyni dövrü ilə müqayisədə 59 % civarında azalma müşahidə olunub. Fond bazarından əvvəl “Twitter”in illik gəliri təxminən 5 milyard dollar idi. E.Musk-ın 2023-cü il üçün təxminləri 3 milyard dollar olub. “Twitter”in xalis dəyəri isə 44 milyard dollardan 20 milyard dollara düşüb.

Əminə Əsədova “Kazakh-British Technical University”dən tam təqaüd qazanıb

10-cu sinif şagirdi Əminə Əsədova Qazaxıstanın Aktau şəhərində təşkil olunması nəzərdə tutulan “Caspian Startup” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə iştirakla bağlı İRİA-ya müraciət edən Əminə Əsədovaya qurum tərəfindən tam dəstək verilib. 6 iyunda keçirilən müsabiqədə Əminə 1-ci yerin qalibi olub“Kazakh-British Technical University”də təhsil haqqına 100 % güzəşt qazanıb. Təbrik edir, qürur duyuruq!

“Asus” supergüclü “Zenfone 10” flaqmanı üçün gün sayır

ASUS Zenfone 10 leaks with flagship performance and 16 GB of RAM -  NotebookCheck.net News

“Asus” ölçü baxımından flaqman telefonlar arasında çox görmədiyimiz bir modellə gəlir. Seriyanın ən vacib xüsusiyyətlərindən biri odur ki, telefon kiçikdir. Olduqca güclü prosessora və flaqman xüsusiyyətlərinə sahib modelin çıxış tarixi açıqlanıb. Beləliklə, “Asus Zenfone 10” iyunun 29-da təqdim ediləcək. Cihaz “Snapdragon 8 Gen 2”dən qidalanacaq. Gözlənilən “Asus” modeli OIS dəstəyi ilə 200 Meqapiksellik əsas kameraya sahib olacaq. Ön paneldə isə 120 Hz yeniləmə tezliyi ilə 6,3 düymlük AMOLED displey gözlənilir.

“Netflix”, “Amazon” kimi yayım şirkətlərinin qazancları rekord həddə

Netflix Adds 2.4 Million Subscribers, Reversing a Decline - The New York  Times

İngilis “OnlyAccounts.io” deyir ki, qlobal abunə əsaslı yayım şirkətinin gəlirləri 2023-cü ildə rekord həddə - 95,3 milyard dollara çatacaq. Bu, keçən illə müqayisədə 18 % çoxdur. 2027-ci ildə bu rəqəmin 73 % artımla 137 milyard dollara çatacağı təxmin edilir. “Statista Market Insights”a görə isə bu rəqəmlər 2017-ci ildən bəri təxminən 3 dəfə artıb və 2022-ci ildə 80 milyard dolları ötüb. Növbəti 5 il ərzində gəlirlərin artacağı gözlənilir, çünki istehlakçılara getdikcə daha çox yayım xidmətləri təklif olunur.

“Apple Maps” oflayn xəritə rejimi problemini “iOS 17” ilə həll edir

Apple представит новый интерфейс Apple Maps в iOS 17

“Apple Maps” 2012-ci ildə “Google Maps”i əvəz etmişdi. 10 ildən çox vaxt keçsə də, “Apple Maps”də oflayn rejimdə naviqasiya problemi hələ də qalırdı. Şirkət bu il “iOS 17”, “iPadOS 17”“watchOS 10” ilə oflayn xəritələrin “Apple Maps”ə gələcəyini açıqladı. Oflayn xəritələr funksiyası istifadəçilərə xəritədə ərazini seçib öz cihazına yükləməyə imkan verəcək. Bundan sonra istifadəçilər Wi-Fi və ya mobil internet olmadan istənilən yerə gedə biləcəklər.

Posted 
Jun 9, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All