“Snapchat”in uzun müddətdir istifadə etdiyi avatar funksiyası “TikTok”a da gəlib.

Məşhur video platforması istifadəçilərinə müxtəlif aksesuarlar, saç düzümü, makiyaj və pirsinq kimi elementlər təqdim edərək öz avatarlarını yaratmaq üçün imkan verir.

Bunun üçün “TikTok”da video çəkmə hissəsinə daxil olun, “effektlər” bölməsində “Avatar effect” filterini seçin və sizə təqdim olunan avatar kataloqiçindən bəyəndiyinizi istifadə edin. Əgər kataloq içində bəyəndiyiniz olmazsa, özünüzə uyğun avatarı düzəltmək imkanına sahibsiniz. Siz videoda hərəkət edib, mimikalardan istifadə etdikcə avatar da sizin etdiklərinizi təkrarlayacaq.

“TikTok” bildirib ki, bu funksiya üzərində işləməyə davam edir. İnkişafın əsas məqsədi həm müxtəlif icmaların təmsilçiliyinin də mümkün etmək, həm də saç rəngi, paltarlar, dəri rəngi və dərinin teksturası kimi elementlərdə müxtəliflik yaratmaqdır.

7 iyun paylaşdıqları bloq postunda “TikTok” belə deyir: “İnsanların yaradıcılıqlarını ifadə etmək üçün avatarlardan istifadə etməyi və avatarları daha çox “TikTok” təcrübəsinə adaptasiya etməyin yollarını araşdırmağı, özlərini ifadə etmək üçün platformada özlərinə uyğun zonalar yaratmağı bizi həyəcanlandırır”.
Posted 
Jun 8, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All