Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Roblox” Türkiyədə ofis açır?

CDN media

Avqust ayında ani qərarla Türkiyədə qadağan edilən “Roblox” giriş qadağasının qaldırılacağı təqdirdə yerli qanunlara uyğun olaraq fəaliyyətini davam etdirmək üçün Türkiyədə ofis açacağını açıqlayıb. Türkiyədə yerli qanun və qaydalara hörmət etdiklərini bildirən “Roblox” platformaya giriş bərpa olunarsa, əlavə yerli dil moderatorları da daxil olmaqla xüsusi komanda qurmağı planlaşdırdıqlarını qeyd edib.

23 il əvvəl “iPod” təqdim olundu

“Apple”ın ən məşhur məhsullarından biri olan “iPod”u elan etməsindən rəsmi olaraq 23 il keçir. Şirkət əl musiqi pleyerinin ilk versiyasını 23 oktyabr 2001-ci ildə dünyaya təqdim etdi. Qeyd edək ki, indiyədək “Apple” 400 milyondan çox iPod satıb.

“M4 Mac” ın təqdimatına az qaldı

Apple unveils MacBook Pro featuring M2 Pro and M2 Max - Apple

iPhone 16 ailəsinin təqdimatından sonra “Apple” ictimaiyyətə ilk M4 ilə işləyən “MacBook Pro” noutbuklarını təqdim etməyə hazırlaşır. Son məlumatlara görə, cihaz çox yaxında təqdim oluna bilər. “Bloomberg”dən Mark Qurman qeyd edir ki, yeni macOS aparatının təqdimatı yaxındadır.

Texnologiya nəhəngi “Apple”ın yenilənmiş cihazlarını nə vaxt təqdim edəcəyini dəqiq açıqlamasa da, o, qeyd edib ki, şirkət gələn çərşənbə günü Los Ancelesdə jurnalistlər və məzmun yaradıcıları üçün əyani tədbir təşkil edib.

“Ford” Ceo-sundan “Xiaomi”ə gözlənilməz açıqlama!

Xiaomi SU7 Ultra: Is This 1,548-HP Electric Supercar the Real Deal? —  Captain Electro

“Ford” şirkətinin CEO-su Jim Farley “Xiaomi”nin elektrik SUV modelini tərifləyib. CEO Farley “Xiaomi SU7” modelini altı ay ərzində sınaqdan keçirmək fürsəti əldə etdiyini və “Xiaomi” tərəfindən hazırlanan ilk avtomobilin "fantastik" olduğunu açıqlayıb. Bununla belə, Farley “Xiaomi” kimi Çinli elektrik avtomobil istehsalçılarının məşhur markalara yaratdığı təhlükənin də fərqindədir. O, çinli rəqiblərin bazara daxil olmasının “Ford” kimi köklü brendlər üçün ciddi rəqabət mühiti yaradacağını etiraf edib.

Süni intellekt kontentləri artıq “Google”dan qaça bilməyəcək!

SynthID - Google DeepMind

“Google” süni intellekt tərəfindən yaradılan mətnlərin izini sürmək üçün yeni texnologiya olan “SynthID”ni təqdim edib. Bu texnologiya ilə artıq süni intellekt tərəfindən yaradılan kontentlərə görünməz “şəffaf iz” əlavə olunacaq. Bu gizli işarə sayəsində AI tərəfindən hazırlanan məzmunların mənbəyi asanlıqla müəyyən edilə biləcək.

“Google”un “Responsible GenAI Toolbar” adlı alətlər dəstinin bir hissəsi kimi hazırlanmış “SynthID” hazırda “Hugging Face” platformasında pulsuz yükləmək üçün əlçatandır. Bu texnologiya mətnlərin təbii axınını pozmadan məzmuna gizli işarə əlavə edir. Yəni bu görünməz işarə sayəsində mətnin süni intellekt modeli, yoxsa insan tərəfindən yazıldığını müəyyən etmək mümkündür.

Posted 
Oct 24, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All