potify"ı da kəşf edəcəyik!
Spotify”, “TikTok” və “Instagram”ın sürüşdürmə texnologiyasından istifadə edərək son 10 ilin ən böyük yenidəndizaynını edəcək. Bununla, “Spotify”, sürüşmə texnologiyasından istifadə edən üçüncü belə platforma olacaq. Sistemin dəyişdirilməsində əsas məqsəd, kəşf et hissəsində daha çox musiqi ilə tanışlıqdır. Qeyd edilən dəyişikliyin uğurlu olması gözlənilir.
"Alma”nın sarısı daha yeməlidir!
“Apple” şirkəti, “İPhone 14” və “İPhone 14 plus” üçün yeni- sarı versiyanı təqdim edir. Yüksək səviyyəli kamera və uzunömürlü batareyası ilə sarı rəngli “İPhone”lar da sıraya qoşulur. Gözəl dizaynlı və seramik örtüyə malik olan “İPhon”un sarı davamçılarını, daha asan təmir etmək olacaq. Hər iki modeldə, ikitərəfli kamera sistemi, güclü A15 Çipi və fövqaldə hallarda peyklə əlaqə saxlamaq funksiyası da mövcuddur.
“Microsoft” öz işçilərinə dərs keçəcək!
Şirkət, işçilərinin e-mail yazışmalarında olan səhvləri aradan qaldıran süni zəka sistemini- Copilotu işə cəlb edir. Süni zəka sistemi həyatımızın bir parçasına çevrilmişkən, “Microsoft”dan da yan keçməyib. Bu korporativ paket, işçilərin, müştərilərdən gələn mailləri cavabladıqları zaman baş verən hər-hansı yazı səhvini aradan qaldırmaq üçün, "Microsoft 365" üçün tətbiq olunacaq. Bu da onların öz işlərinə daha çox vaxt sərf etməsinə kömək olacaq. Sistemin bir özəlliyi də mesaj qutusunda, süni zəka ilə hazırlanmış reklamların görünə bilməsi olacaq.
Cibimizdə klaviatura gəzdirəcəyik
Yaponiyanın texnologiya şirkətlərindən olan, “Grabshell”, hərəkət edərkən belə daşıya, qatlaya və geyinə biləcəyimiz klaviaturalar hazır ediblər. Ağ-qara rəngdə olacaq məhsullarla, gəzərkən mail ata və ya oyun oynaya bilərsiniz. Klaviaturanın hər iki üzündə klavişlər olacaq və arxa üzündə isə klassik QWERTY düymələrinə rast gələcəyik. “Onyx Black” və “Moon White” adlı iki veriyası ilə təqdim olunacaq sistemi, 2023-cü ilin iyun ayından etibarən əldə edə bilərsiniz. Klavişlərlə buradan tanış olmaq olar:
Mark Zuckerberg-in beyni çöndü...
Texnologiya dünyasında son günlər 10 minlərlə işçilərin qovulması xəbərini alırıq. Bu struktur dəyişikliyi, “Meta” şirkətindən də yan keçməyib. Yaxın günlərdə, “Meta”, “Google”, “Microsoft”, “Amazon” və “IBM” kimi böyük şirkətlər, işçi sayını niyəsə azaltmaq qərarına gəliblər. 2022-ci ilin noyabırında, “Facebook”, “Instagram” və “WhatsApp”ın da daxil olduğu “Meta”, 11000-dən artıq insanı işdən çıxarmışdı.
Bu dəfə isə bu dalğanın daha da böyüyəcəyi gözlənilir. Mark, bu azaltmanın, lazımsız layihələri dayandırmaq və daha keyfiyyətli işlər görə bilmək üçün müsbət nəticə verəcəyini planladığını dilə gətirib.
“YouTube”da "söyüşün biri bir qəpikdir".
Kanal sahiblərinin etirazından sonra, “YouTube”, yayımlanacaq videolarda keçən söyüşlər üçün qoyduğu sərt qadağaları nisbətən azaltmaq üzrədir. Platforma, bu gün elan edərək bildirib ki, keçən ilin sonlarında qoyduğu sərt söyüş qadağalarını aradan qaldırır. Bu da istifadəçilərə orta və güclü söyüşlərdən istifadə etməyə imkan yaradacaq. Aydın məsələdir ki, şirkət, reklam sahəsində daha çox pul qazanmaq və müəyyən yaş həddinə uyğunlaşmaq üçün bunları edirdi, lakin hamıya məlumdur ki, bu platformanın pulu onsuz da daşdan çıxır.
“Twitch” istifadəçisi Kai Cenat, abunəçi rekordu qırıb.
21 yaşlı ABŞ-lı oyunçu, abunələri artırmaq üçün bir ay davam edən işdən sonra “Amazon”a məxsus proqramda 300.000 abunəçi toplayıb. Fevralın 1-də start götürdüyü marafonda, o, sutkanın 24 saatı yayımda olaraq izləyicilərlə söhbət edib, oyun oynayıb və həmçinin kamerada da yatırdı. Məşhur “YouTuber”, “Twitch”in keçmiş rekordçusu Lüdviq Ahqreni rəsmi olaraq geridə qoyub. Bütün bunlardan sonra, Cenat, bütün bunlara bir qədər fasilə verəcəyini bildirərək bir qədər istirahət etmək qərarı alıb.
Elon Musk da olsan, üzr istəməli
Elon, onlayn qalmaqala görə işdən çıxarılan “Twitter” işçisindən üzr istəyib. O, keçmiş işçisi Halli Thorleifssonu pisləyərək yazdığı “He is the worst”, sorry (“Üzr istəyirəm amma o ən pis işçidir” ) ifadəsinə görə ondan üzr istəyib. Bu azmış kimi, cənab Mask, qovduğu işçini tamamilə yanlış anladığını və öz səhvini düzəldərək onu yenidən işə alacağını bəlli edib. Thorleifsson da Musk-ın bu təklifini geri çevirmək niyyətində deyil.
Bunu da bildirək ki, cənab Halli, yerimə məhdudiyyətli olduğu üçün əlil arabasından istifadə edir, eyni zamanda da əslən İslandiyalıdır və öz ölkəsində düz dörd media orqanı tərəfindən keçən il “ilin adamı” seçilib.