Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Domino’s" "Squid Game" oyunçularını pizza ilə xilas edir

Domino's relaunches Emergency Pizza with Netflix's Squid Game | Nation's  Restaurant News

"Netflix"də yayımlanan məşhur "Squid Game" serialının ikinci mövsümü ərəfəsində "Domino's" qeyri-adi bir reklam kampaniyasına start verib. Reklamlarda oyunçular, həyati təhlükədə olarkən “Domino's” pizzası ilə xilas edilir. Bu maraqlı kampaniya "WorkInProgress" agentliyi tərəfindən hazırlanıb.

"SpaceX"in dəyəri 350 milyard dollara çata bilər

Europe smarts as Elon Musk's SpaceX wins key satellite deal – POLITICO

"SpaceX" yeni səhmlərin satışı ilə bağlı razılaşmalar apararaq dəyərini 350 milyard dollara çatdırmağı hədəfləyir. Bir il əvvəl şirkətin dəyəri 175 milyard dollar ikən bu artım xüsusi diqqət çəkib. "SpaceX"in sürətli böyüməsi, yenidən istifadə olunan raket texnologiyaları və artan tələbat ilə əlaqələndirilir.

"BMW"dən "Need for Speed" oyununun 30 illiyinə xüsusi hədiyyə!

BMW Nerds Rejoice: The Need for Speed M3 GTR Is Now a Real Car

"BMW" "Need for Speed" seriyasının 30 illiyi və "Unbound" oyununun “Vol.9” yenilənməsini qeyd etmək üçün 2005-ci il M3 GTR E46-nın real versiyasını hazırlayıb. Bu avtomobil "Most Wanted" oyunundakı məşhur qəhrəman maşını olaraq tanınır.

"Nintendo Switch 2" daha böyük ekranla gəlir

Nintendo Switch 2 is backward-compatible with games and Switch Online |  Polygon

"Nintendo Switch 2" ilə bağlı yeni məlumatlar sızdırılıb. Yeni konsolun ekran ölçüsünün əvvəlki modeldən böyük olduğu bildirilir. İlk modelin 6,2 düym və OLED modelinin 7 düym ekranına nisbətən, "Switch 2"nin 8 düym ekrana sahib olacağı gözlənilir.

"Ford" tamamilə elektrikli "Puma Gen-E" modelini təqdim etdi

"Ford" Avropanın ən çox satılan avtomobili olan “Puma” modelinin tamamilə elektrikli versiyasını, "Puma Gen-E"ni təqdim etdi. Tam enerji ilə 376 km, şəhər daxilində isə 523 km məsafə qət edən avtomobil, 23 dəqiqə ərzində 10 %-dən 80 %-ə qədər sürətli enerji yığa bilir.

Posted 
Dec 4, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All