kuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb. “Yeni qaydalara əsasən Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq”.
“Tesla Cybertruck” üçün istehsal tarixi açıqlanıb
Son hesabatlara görə, “Tesla” ildə 375 000 “Cybertruck” istehsal etməyə hazırlaşır və namizəd modellər avqustun sonunadək buraxılacaq. Hesabatlara görə, çatdırılmalara 2023-cü ilin sentyabrından başlanılacaq. Qeyd olunub ki, gecikmələr istisna deyil. Xatırladaq ki, Elon Musk “Cybertruck” üçün istehsal hədəflərini 250 000 olaraq bildirmişdi. Paylaşılan məlumatlara görə deyə bilərik ki, “Cybertruck”a bazar tələbatı xeyli artıb.
“Intel” və “AMD” bunu gözləmirdi: “Apple M2 Ultra”nın performansı təəccübləndirdi
“M2 Ultra” ilə “Mac Studio”nun “Geekbench 5” test nəticələrinə baxdığımızda çipin təknüvəli və çoxnüvəli rejimlərdə 1956 və 27 945 bal topladığını görürük. Bu o deməkdir ki, o, “M1 Ultra”dan təxminən 18 % daha sürətlidir. Rəqibləri ilə müqayisə etsək, “Intel”in Core i9-13900K testləri zamanı təknüvəlidə 2300, çoxnüvəlidə isə 27000 bal, “AMD”nin Ryzen 9 7950X prosessoru isə tək və çoxnüvəli rejimdə müvafiq olaraq 2300 və 25000 xal topladığını görürük.
“Microsoft” elan etdi: “Bing Chat” desktop-a gəlir
“Microsoft” ən son yeniləməsi ilə “AI”la dəstəklənən “Bing”i desktop-a gətirir. Süni intellektlə işləyən botla danışmaq üçün mikrofon işarəsinə toxunmaq kifayət edəcək. Bu funksiya hazırda ingilis, yapon, fransız, alman və mandarin çincəsini dəstəkləyir, lakin “Microsoft” bildirib ki, daha çox dil üçün dəstək tezliklə yayımlanacaq. Sadəcə danışaraq “Bing”ə yönləndirəcəyiniz suallarla yanaşı, söhbət botu indi “Text-to-Speech”i (mətndən nitqə) də dəstəkləyir və suallarınızı öz səsi ilə cavablandıra bilir.
“Twitter” və “Google” arasında konflikt: Elon Musk pulu ödəmir
“Twitter” bu ay müqaviləsi yenilənəcək “Google Cloud” (GOOGL.O) üçün ödənişləri ödəməkdən imtina edib və şübhə olunmur ki, bu, şirkətin təhlükəsizlik komandasının işini xeyli çətinləşdirəcək. Hesabatda deyilir ki, Elon Musk ötən il “Twitter”i almazdan əvvəl platforma spamla mübarizə və hesabları qorumaq üçün “Google” ilə çoxillik müqavilə imzalamışdı. Oxşar problemin keçən ay “Amazon”la da yaşandığını xatırlatmaq yerinə düşər. “Twitter” martdan bəri “Google” ilə müqaviləni yenidən müzakirə etməyə çalışır.
“Google” 60-dan çox süni intellekt modelini təqdim etdi
“Vertex AI” adlı platforma “PaLM 2”, “Imagen” və “Codey” kimi dil öyrənmə modellərindən istifadə edir. Məhsuldar süni intellekti xatırladan bu platformadan “ChatGPT” kimi istifadə etmək mümkün olacaq. Bundan əlavə, şirkətlər məhsuldar süni intellekt imkanlarını öz xidmətlərinə inteqrasiya edə biləcəklər. Bu da o deməkdir ki, süni intellekt proqramları yaratmaq üçün “Google”un dil modellərindən istifadə daha əlverişli hesab olunacaq.
“Google”un açıqlamasına görə, “Vertex AI” ilə 60-dan çox süni intellekt modeli istifadəyə verilib. “Model Garden” adlanan bu alət “Generative AI Studio” ilə müxtəlif sistemlərə uyğunlaşdırıla bilər. Bu xüsusiyyətlərə tərcümə, foto/videonun yaradılması, kodun tamamlanması və çatbot yaradılması kimi mühüm süni intellekt vasitələri daxildir.
“Google”un dil modelindən istifadə edən ən böyük platformalardan biri “Canva” idi. Hazır şablonları ilə tanınan şirkət ingiliscə bilməyən istifadəçilərə daha yaxşı xidmət göstərmək üçün “Vertex AI”ın tərcümə xidmətini inteqrasiya edib. “Canva”, həmçinin “PaLM” modeli ilə qısa videoları daha uzun və daha yaradıcı etmək fikrindədir.
“Canon”dan VR həmləsi! Bu da 360° kamera
“Canon” Yaponiyada keçirilən “Photo Next 2023” sərgisində yeni kamera prototipini nümayiş etdirib. Hələ adı açıqlanmayan cihaz əla qatlama mexanizmi sayəsində həm 360° videolar, həm də 180° 3D məzmun yarada bilir. Hələlik texniki xüsusiyyətlər və qiymətlərlə bağlı açıqlama verməyən şirkət bu cihazla AR/VR sahəsinə olan iddiasını ortaya qoymuş oldu. Buraxılış tarixi bilinməyən məhsulun marka həvəskarları tərəfindən maraqla qarşılanacağı şübhə doğurmur.
“Meta” şirkət daxilində “Metamate” süni intellekt botundan istifadə etməyə başlayıb
“Meta” şirkət daxilində “Metamate” söhbət botundan istifadə etməyə başlayıb. Alex Heath tərəfindən əldə edilən məlumata görə, “Metamate” adlı “ChatGPT”yə bənzər çatbot ilə işçilər vaxtlarına əhəmiyyətli dərəcədə qənaət edirlər. Belə ki, bu söhbət botu görüşlər haqqında ümumiləşdirmə edir, kod yaza və kodu redaktə edə bilir. “Metamate” hələlik kiçik auditoriya tərəfindən tanınır, lakin zamanla sistemin hər kəs tərəfindən istifadəyə verilməsi şübhə doğurmur.