T

əxminən 40 il əvvəl qurulan “Silicon Valley”, o vaxtdan bəri özünə o qədər ziyan vurdu ki, artıq başqa bir bank tərəfindən xilas edilmə riski ilə üz-üzədir. Səhmləri 80 % ucuzlaşan bankı kimin alacağına dair söz-söhbətlər gəzməkdədir.

Biz hələ də o "ağ atlı oğlan"nın kim olacağını bilmirik. Baş verənləri isə belə qeyd edə bilərik: “Silicon Valley” artan faiz dərəcələri səbəbindən investisiya etdiyi ABŞ xəzinəsindəki qiymətli kağızların satışında düz 1,8 milyard dollar itirib, bank hal-hazırda azalan müştəri depozitləri ilə də mübarizə aparır. Məlumata görə, Təsisçilər Fondu və digər firmalar kapitalları itirmə riski daşımaması üçün bu gün öz şirkətlərinə pullarını geri çəkməyi tövsiyə ediblər. Şirkətin baş icraçı direktoru Qreq Beker bildirib: "Əgər hamı bir-birinə bankın problem içində olduğunu söyləyirsə, bu vəziyyət, hamımız üçün çox çətin olacaq."

Posted 
Mar 10, 2023
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All