Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Gemini" istənilən ölçüdə şəkil yarada biləcək

Google Gemini yeni özellik

"Google"un "Gemini" AI aləti üçün yeni bir xüsusiyyət inkişaf etdirdiyi müəyyən edilib. Bu yeni funksiya hazırlanmış şəkillərin ölçüsünü dəyişməyə imkan verəcək. Bununla belə, funksiyanın nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.

"Realme P1 Speed" ​t​​əqdim edildi

realme P1 Speed 5G - realme (India)

"Realme P1 Speed" ​​modeli Hindistanda rəsmi olaraq təqdim edildi. "P1 Speed"in 6,67 düymlük OLED ekranı Full HD + və 120 Hz yeniləmə tezliyi təklif edir. 8 / 12 GB RAM variantları və 128 / 256 GB yaddaşa malik telefonun yaddaşını microSD kartla genişləndirmək də mümkündür. 8 GB RAM və 128 GB yaddaşa sahib modelin qiyməti 215 dollar olduğu halda, 12 GB RAM və 256 GB yaddaşa malik modelin qiyməti 250 dollardır.

"Samsung" görünməmiş bir yenilik planlaşdırır

"Samsung" istifadəçilərin telefon menyusuna girmədən cihazlarını idarə edə biləcəyi yeni bir süni intellekt sistemi üzərində işləyir. Bu sistem istifadəçilərin vərdişlərini öyrənərək klaviatura, kamera kimi əsas funksiyaları avtomatik tənzimləyəcək.

"PS Portal" ilin ən çox seçilən aksesuarı olub

"Circana" bazar araşdırması firmasından Mat Piscatelanın yeni hesabatı göstərir ki, bu cihaz indiyə qədər ABŞ-də 2024-cü ilin ən çox satılan oyun aksesuarı olub. Avqust ayı ərzində ən çox satılanlardan biri olmasa da, PlayStation Portalın hələ də heç bir güclü rəqibi yoxdur.

“IDDA Awards” müsabiqəsinin qalib startapı beynəlxalq əməkdaşlığını genişləndirir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə oktyabrın 10 - 11-də Bakıda keçirilən “INMerge” innovasiya sammiti çərçivəsində İRİA-nın stendində Azərbaycanın “Epoint” startapı ilə Gürcüstanın “CityPay” startapı arasında memorandum imzalanıb. Memorandumun bir hissəsi olaraq ödənişlərin qəbulu prosesində “Epoint” və “CityPay” startapları arasında əməkdaşlıq nəzərdə tutulur.

“Epoint” kiçik və orta sahibkarlar üçün onlayn ödəniş aqreqatoru və e-ticarət platformasıdır. “Epoint” Azərbaycandakı istənilən bankın istənilən biznes hesabına yığılmış vəsaitin 24/7 onlayn rejimdə ödəməsini həyata keçirmək imkanını yaradır. Platforma müştərilər üçün mal və xidmətlərin ödənişi məqsədilə rahat interfeysi birləşdirir, hesab-faktura, QR kod yaratmaq və göndərməyi mümkün edir. Bununla yanaşı, “Epoint” “CyberSource” və beynəlxalq ödəniş şirkəti “Visa” ilə birlikdə e-ticarətdə “Apple Pay” və “Google Pay” ödənişlərinin qəbulu xidmətini istifadəyə verib.

“CityPay” vahid kriptovalyuta ekosisteminin yaradılmasına və gündəlik həyatda kriptovalyutadan istifadənin genişləndirilməsinə yönəlmiş maliyyə texnologiyası təminatçısıdır. Şirkətin innovativ məhsulunu inteqrasiya etməklə bizneslər vasitəçi platformalar olmadan müştərilərdən kripto aktivləri birbaşa almaq və həmin aktivləri milli valyutalara çevirən xidmətdən yararlanmaq üçün unikal imkan əldə edirlər.

Qeyd edək ki, “Epoint” startapı tədricən xarici bazarlara çıxan Azərbaycanın aparıcı startaplarından biridir. Startap İRİA-nın Texnoparkında rezident statusu da əldə edib. Bundan əlavə, İRİA-nın dəstəyi ilə həyata keçirilən “Roadshow” layihəsi çərçivəsində “WebSummit” (2023), “Money 20/20” (2023), “Gitex Dubai” (2024) kimi tədbirlərdə iştirak edib. Həmçinin, 2023-cü ildə “IDDA Awards” müsabiqəsində “İlin startapı” nominasiyasının qalibi olub.

Posted 
Oct 16, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All