T

ürkiyənin ən böyük müstəqil reklam agentliyi "Rafineri" Azərbaycanın ən yaradıcı agentliyi "Endorphin" ilə güclərini birləşdirəcəyini açıqlayıb.

Ötən il Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalı sayılan “Red Jolbors”dan 9, Azərbaycanda ilk dəfə keçirilən "Felis" mükafatlarından isə 18 mükafat qazanan "Endorphin" ilə Türkiyənin 22 illik təcrübəyə sahib "Rafineri" reklam agentliyi Azəbaycanın reklam sektorunda yeni bir dövr yaradacaqlar.

"Turkcell", "YapıKredi", "Pegasus", "Sahibinden.com" kimi böyük şirkətlərlə uzun illər boyunca çalışan "Rafineri" 2014-cü ildən etibarən ardıcıl olaraq 8 dəfə "İlin müstəqil agentliyi" seçilib. Agentlik "Cannes Lions Awards", "Clio Awards", "The One Show" kimi dünya miqyasında mükafatlara sahibdir.

Xatırladaq ki, indiyə qədər fərqli festivallardan 50-dən çox mükafat qazanan yerli agentlik — “Endorphin” isə 2022-ci ildə 2 dəfə "İlin agentliyi" seçilmişdir.

Birlikdə əməkdaşlığa start verən hər 2 uğurlu agentlik təcrübələrini birləşdirib Azərbaycan brendləri üçün kreativ və unikal həllər təklif etməyi hədəfləyir. Agentliklərin rəhbər şəxsləri birgə işlərin Azərbaycan reklam sektoru üçün yeni nəfəs olacağını söyləyirlər.

Qeyd edək ki, yaradıcı işləri ilə hər ilə öz imzasını vuran "Rafineri" və "Endorphin" agentlikləri bütün sahələr üzrə marketinqin hər bölməsini əhatə edən işlər görürlər.

Posted 
Apr 10, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All